Gülgəz — Azərbaycan şairəsi, bayatıçı
Həyatı Əsas etibarilə bayatıçı kimi tanıdığımız Gülgəz adlı sənətkarımız haqqında mənbələrdə tərümeyi-hal məlumatına təsadüf olunmur. Hansı əsrdə yaşadığı belə məlum deyildir. Bayatılarına XVIII əsrdə üzü köçürülmüş cünglərdə rast gəlinir.
Bayatıları Seyvanın qur ucada, Kor möhtac quru cada. Gülgəzin göz yaşından, Qalmadı quru canda
Bağında ha səndəli, Sən dəli, ha mən dəli. Gülgəz, yarana dəysin, Təbibin hasand əli.
Gülgəzin gül adaşı, Mey daşı, gül a daşı. Yıxar bülbül öyünü, Kim atsa gülə daşı.
İstinadlar Azərbaycan qadın şairləri antologiyası, "Avrasiya press", Bakı, 2005
Kateqoriya:Azərbaycanın qadın şairləri