Narınc Xatun Cəfərova — Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Aşıq Pəri Məclisinin qurucularından.

Həyatı Cəfərova Narınc Əvəz qızı 1930-ci il yanvar ayının 1-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur"Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.197.

Yaradıcılığı İlk şeirləri orta məktəb illərində yerli mətbuatda dərc edilmişdirƏzizə Cəfərzadə, "Narınc xatun", "Yeni Şirvan" qəzeti, 1980, 20 mart, №35, səh.4, (təqdimat). Aşıq Mikayıl Azaflı ilə birlikdə "Azaflı və Narınc Xatun dastanı" yaradıblarƏzizə Cəfərzadə, "Azaflı və Narınc xatun dastanı", "Kənd həyatı" qəzeti, 1985, №3.

Şairin "Burla xatun nəvəsiyəm" adlı şeyirlər toplusu 2002-ci ildə işıq üzü görüb. Kitaba Narınc Xatunun müxtəlif illərdə qələmə aldığı şerlər, eləcə də görkəmli saz və söz ustadı Aşıq Mikayıl Azaflı ilə birgə yaratdıqları "Azaflı və Narınc Xatun dastanı" daxil edilib.

Fəaliyyəti XX əsrin sonlarına yaxın Narınc Xatun Aşıq Pərinin xatirəsini yaşatmaq üçün “Aşıq Pəri” yaradıcılıq məclisini yaratmışdır.

Narınc Xatun uzun illər Azərbaycan Aşıqlar Birliyinin nəzdindəki "Aşıq Pəri" məclisinə rəhbərlik edib.

Kitabları "Burla xatun nəvəsiyəm", Bakı: "Pedaqogika" nəşriyyatı, "Qızıl Şərq" mətbəəsi, 2004-cü il, 232 səh.. "Mən xalqımın aşiqiyəm" şeirlər,dəyişmələr, bayatılar, dastanlar. Bakı: E.L. Nəşriyyat və poliqrafiya şirkəti MMC, 2006.- 328 s., 500 nüs.- ISBN 10 9952-8101-0-5.- ISBN 13 978-9952-8101-0-3

Biblioqrafiyası "Çeşmələr", "Oktyabr bayrağı" qəzeti, 1981, 28 aprel, №49. səh.4 (Şeir)

İstinadlar

Həmçinin bax Aşıq Pəri Məclisi

Xarici keçidlər

Kateqoriya:Neftçala rayonunda doğulanlar Kateqoriya:Aşıq Pəri Məclisinin üzvləri