Bala Bəhmənli bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda bələdiyyə.
Tarixi 07.12.1999-cu il tarixli 771-IQ nömrəli Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsidir.
24.01.2000-ci il tarixli 02 №-li Bələdiyyə Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib, həmin Nizamnamə 29.09.2023-cü il tarixli 13 №-li Protokolunun 3-cü Qərarı ilə ləğv edilib.
18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Horadiz şəhərində yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
2003–2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
2020-ci ildən etibarən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkləzi (Bələdiyyələrlə iş baş idarəsi) və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
29.09.2023-cü il tarixli 13 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi təsdiq eidlmiş, həmin Nizmanamə 28.04.2025-ci il tarixli 03 №-li Protokolunun 3-cü Qərarı ilə ləğv edilib.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18.1. 3 №-li Qayıdış, 8 №-li Qayıdış, Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli və Birinci Mahmudlu bələdiyyələrinin əhatə etdiyi 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış, 5 №-li Qayıdış, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış, 11 №-li Qayıdış qəsəbələrində və Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli, Birinci Mahmudlu kəndlərində Bala Bəhmənli bələdiyyəsi;" yenidən təşkil edilib.
28.04.2025-ci il tarixli 03 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin üçüncü Nizamnaməsi təsdiq eidlmişdir.
02.04.2026-cı il tarixli 08 №-li Bələdiyyə Protokolunun 2-ci Qərarı ilə Bələdiyyənin ilk dəfə Reqlamenti təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin metodoloji yardımı ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Reqlamentdə tənzimlənmiş, iclasların keçirmə qaydası və qarşıya çıxan problemlərin həlli Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun rəhbərliyi ilə 04.06.2026-cı il tarixlində keçirilən tədbirlərdə geniş müzakirə olunub .
07.08.2026-ci il tarixli 16 №-li Bələdiyyə Protokolunun 3.1-ci Qərarı ilə "Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin Vegi Xidməti Orqanı haqqında" Əsasnaməsi təsdiq edilib. Bu Əsasnamə Qarabağ Regional Ədliyyə İdarəsinin tövsiyəsi əsasında qəbul edilib. Bu əsasənamə “Bələdiyyələrin vergi xidməti orqanının səlahiyyətləri” mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 08.06.2026-cı il tarixində keçirilən tədbirdə geniş müzakirə olunub .
Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən bu Bələdiyyənin mərkəzi Füzuli rayonunun Bala Bəhmənli kəndidir.
Bələdiyyə ünvanı: Füzuli rayon Əliağa Tağıyev adına Bala Bəhmənli Kənd Tam Orta Məktəbinin binası.
Bu Bələdiyyənin ərazisinə aşağıkılar aiddir: Bələdiyyənin adıVÖENBələdiyyə ödəyicisi üçün veegi koduBələdiyyənin statistik koduƏrazisi (km²)İnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduFüzuli rayonunun Bala Bəhmənli bələdiyyəsi750004445175086063000762.87Bala Bəhmənli kənd iəd60630005Bala Bəhmənli kəndi60630018Araz Dilağarda kəndi60630028Araz Zərgər kəndi60630038Birinci Mahmudlu kəndi606300481 №-li Qayıdış qəsəbə iəd606250051 №-li Qayıdış qəsəbəsi606250162 №-li Qayıdış qəsəbə iəd606390052 №-li Qayıdış qəsəbəsi606390163 №-li Qayıdış qəsəbə iəd606400053 №-li Qayıdış qəsəbəsi606400164 №-li Qayıdış qəsəbə iəd606410054 №-li Qayıdış qəsəbəsi606410165 №-li Qayıdış qəsəbə iəd606420055 №-li Qayıdış qəsəbəsi606420166 №-li Qayıdış qəsəbə iəd606270056 №-li Qayıdış qəsəbəsi606270167 №-li Qayıdış qəsəbə iəd606430057 №-li Qayıdış qəsəbəsi606430168 №-li Qayıdış qəsəbə iəd606440058 №-li Qayıdış qəsəbəsi606440169 №-li Qayıdış qəsəbə iəd606450059 №-li Qayıdış qəsəbəsi6064501610 №-li Qayıdış qəsəbə iəd6064600510 №-li Qayıdış qəsəbəsi6064601611 №-li Qayıdış qəsəbə iəd6064700511 №-li Qayıdış qəsəbəsi60647016
Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.
Bələdiyyənin rəsmi əlaqə məlumatları aşağıdakılardır:
ünvanı: Bala Bəhmənli kəndi, Füzuli rayon Əliağa Tağıyev adına Bala Bəhmənli Kənd Tam Orta Məktəbinin binası e-poçt ünvanı: [email protected] sosial şəbəkə hesabı: https://www.linkedin.com/in/bala-bəhmənli-bələdiyyəsi-a126bb365, https://www.facebook.com/profile.php?id=61592577851914 Bələdiyyənin məlumatına görə 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 3979 ev təsərrüfatı fəaliyyət göstərməklə, 17486 nəfər yaşayır.
İstinadlar
Kateqoriya:Füzuli rayonunun bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr