Bülənt Karslıoğlu — peşəkar voleybol məşqçisi. Türkiyə voleybolunun ən tanınmış simalarındandır. Türkiyədə Beşiktaş voleybol klubundakı işləri ilə tanınan mütəxəssis 2012-ci ildən etibarən Azərbaycan klublarından olan İqtisadçı Qadın Voleybol Komandasını çalışdırır. 2013-cü ilin yazında klubdan getsə də 2 ay sonra geri dönür.Bülənt Karslıoğlu yenidən "İqtisadçı"da!forum.azeri.net/

Uğurları Ən böyük uğuru 2011-ci ildə Beşiktaş komandasıyla CEV Kubokunda dördlər finalına çıxmasıdır.VOLEYBOL: BAYANLAR CEV KUPASI -BEŞİKTAŞ ANTRENÖRÜ BÜLENT KARSLIOĞLU: -"İTALYA'DAN İYİ BİR SONUÇLA DÖNÜP, İSTANBUL'DA TURU GEÇEN TARAF OLMAK İSTİYORUZ"spor.haber3.com Azərbaycanda yaşadığı ən uğurlu sezon isə 2012-2013 mövsümü olur. Superliqanın gümüş medalına yiyələnən məşqçi gözlənilməz istefadan sonra klubumuza geri dönür və klub tarixinin ən uğurlu mövsümünü yaşayır. Avropanın ən nüfuzlu klub turnirində son 13-ə qalan Bülənt Karslıoğlu rəhbərliyindəki Bakılılar sonda Karslıoğlunun həmvətənləri Vakıfbank Günəş Sığorta komandasına məğlub olur.

Ən maraqlı faktları Özünəinamı ilə tanınan məşqçi tez-tez iddialı açıqlamaları ilə gündəmə gəlir. Məşqçinin "Türkiyə voleybolunun Fatih Terimi olmaq istəyirəm" sözləri bir müddət türk mediasını sallamışdır.Karslıoğlu çok iddialı!skorer.milliyet.com.tr 2013-2014 Çempionlar liqasında isə maraqlı bir fakt CEV saytına qədər gəlib çıxmışdır. Belə ki, turnirdə iştirak edən hər üç türk klubunun baş məşqçisi italyan idi. Türkiyənin ən güclü baş məşqçisi isə turnirin digər bir iştirakçısı Azərbaycan klubu İqtisadçının başında idi.Voleybol Şampiyonlar Ligi'nde ilginç durum trtspor.com.tr

İstinadlar

Xarici keçidlər Bülənt Karslıoğlu Rəsmi Twitter Səhifəsi

Kateqoriya:Türkiyədə doğulanlar Kateqoriya:Türkiyə voleybol məşqçiləri Kateqoriya:Beşiktaş QVK məşqçiləri Kateqoriya:İqtisadçı VK məşqçiləri