Xuan Manuel Sançes Qordillo (; ) — qəribə hərəkətləri ilə tanınan Marinaleda kənd bələdiyyəsinin başçısı.
Həyatı İspaniyanın Aralıq dənizi sahilindəki Əndəlüs bölgəsinin Sevilya əyalətinin şərqində yerləşən Syerra-Sur-de-Sevilya rayonunun Marinaleda kəndində anadan olmuşdur.
Əvvəllər müəllimlik etmişdir.
1980-ci illərdə Marinaleda kəndindəki kəndli çıxışlarına başçılıq etmişdir. 25 yaşında ikən bələdiyyə başçısı seçilmişdir.
Sançes Qordillo 21 aprel 2012-ci il tarixli "Yunge Velt" qəzetində gedən yazısında özünün siyasi kursunu "liberal kommunist" deyə açıqlayıb. Sánchez Gordillo qeyd edir:
"Bu gün əvvəlkindən daha çox utopik fikirlərə inanıram. Çünki biz burada xalq üçün mümkün olan hər şeyi bacardıq"Böhranın ortasındakı möcüzə. 1937.az.
2008-ci ildə Birləşmiş Sol partiyasının siyahısından Əndəlüs Bölgə Parlamentinə deputat seçilmişdir. O, millət vəkilli kimi aldığı maaşını Marinaleda kəndində qurduqları kooperativin hesabına köçürür. Gordillo nə sosial demokratlarla, nə də Mühafizəkar Xalq partiyası ilə əməkdaşlıq etmir. Mütəmadi olaraq yollarda olan bələdiyyə başçısının xidməti avtomobili yoxdur. Şəxsi avtomobili də yoxdur. Harayasa gedəndə kəndlilərin birindən xahiş edir ki, onu qatar stansiyasına qədər ötürsün.
İstinadlar