Mariya Yaremçuk (Марія Яремчук) — 2 mart 1993-cü ildə anadan olan Ukraynalı müğənni. Mariya Ukraynanın Çernovtsı şəhərində anadan olub və Ukraynanın Xalq Artisti olan Nazar Yaremçukun qızıdır.

Mariya Yaremçuk Tick-Tock mahnısı ilə 2014-cü ildə Ukraynanın Avroviziya üçün keçirdiyi Milli Finalda qalib gələrək, Ukraynanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək haqqını qazanıb. Bundan əvvəl Mariya Ukraynanın Avroviziya 2013 üçün keçirdiyi Milli Finalda da iştirak edərək, 5-ci yeri qazandığı halda Gravity mahnısı ilə Zlata Oqneviç yarışmada qalib gəlmişdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ukraynada doğulanlar Kateqoriya:Ukrayna müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Ukraynanın "Avroviziya" təmsilçiləri