Yəhya Şəfi oğlu Kərimov () — pedaqogika üzrə elmlər doktoru, professor. Beynəlxalq Pedaqogika Akademiyasının həqiqi üzvüİlisu ensiklopedik məlumat kitabı. Vətən nəşriyyatı. Bakı-2012, səh. 101
Həyatı Yəhya Kərimov 1927-ci ildə Qax rayonun İlisu kəndində anadan olmuşdur. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olmuş və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunu bitirmişdir.
13 avqust 2021-ci il tarixində, 94 yaşında vəfat etmişdir.“Əlifba” kitabının müəllifi Yəhya Kərimov vəfat edib apa.az. 13.08.2021-ci il tarxinidə arxivləşdirilib. Qax şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Elmi fəaliyyəti 1955-ci ildən Elmi Pedaqoji İnistitunun aspiranturasında təhsil almış, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi,1961-ci ildən şöbə müdiri işləmişdir.1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnistitutunda elmi işlər üzrə direktor müavini, sonra Təhsil Problemləri İnstitutu direktorunun elmi tədqiqat bölümü üzrə müavin, uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun müdafiə şurasının sədr müavini və sədri işləmişdir. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirmişdir.
Əsas elmi naliyyətləri Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri", "Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifi olmuşdur.
1959-cu ildən fəaliyyətinin sonuna qədər ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktoru olmuşdur. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir. Onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən uzun müddət istifadə olunub.
1970-ci ildən ömrünün son günlərinə qədər "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktoru olmuşdur.
Təltif və mükafatlar "Şöhrət ordeni" (26 dekabr 2006) "Qabaqcıl maarif xadimi". "SSRİ maarif əlaçısı". "Azərbaycanın Əməkdar Müəllimi"
Mənbə "Qiymətli xəzinə sahibi". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. - səh. 165. "70 yaşın işığında...". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. - səh. 53.
İstinadlar
Xarici keçidlər http://edu.gov.az/view.php?lang=az&menu=9&id=254 http://yayim.org/?p=913 http://yayim.org/?p=2417
Kateqoriya:İlisuda doğulanlar Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri