Babakişi — 1972-ci ilə kimi Abaran rayonunun tərkibində kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 thumbnail
Tarixi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd.Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. Nairi rayonu yaradılanadək 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 27 km cənub-şərqdə, Zəngi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.26 qeyd edilmişdir. Kənddə X-XIV əsrlərə aid tarixi abidələr vardır. Toponim Babakişi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib Bujakan qoyulmuşdur.
Antropotoponimi 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.Эфендиев О. Азербайджанское государства Сефевидов. Баку, 1978.Bayramov A.Ə. Qədim Oğuz ellərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları Bakı, 1996. 1922-ci ildə qovulmuş əhalinin az hissəsi geri qayıdaraq ermənilərə qarışıq yaşamışdır. Lakin 1931-ci ilədək azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995. Есаян С.А., Погребова М.Н. Скифские памятники Закавказья. М., 1985.. 1948-ci ildə kənd ermənicə Bujakan adlandırılmışdır. Babakişi şəxs (mülkədar) adındandır.
Əhalisi Kənddə 1831-ci ildə 72 nəfər, 1873-cü ildə 268 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 431 nəfər, 1904-cü ildə 483 nəfər, 1914-cü ildə 573 nəfər, 1916-cı ildə 471 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.45, 96-97. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinlər-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdirQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.97. Lakin bəzi erməni mənbələrində tarixi faktlar təhrif edilir. Belə ki, 1831, 1873-cü illərdə burada azərbaycanlılar yaşadığı haldaQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.97, həmin illərdə yaşayanlar ermənilər kimi göstərilir. Ermənilər Babakişi kəndinə 1918-ci ildən sonra gəlmişdir. Lakin ermənilərin buraya səhv olaraq 1829-cu ildə gəldiyi göstərilirHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986,s.747. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənddə ermənilərlə yanaşı, 1922-ci ildə 4 nəfər, 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.97. Onlar 30-cu illərin ortalarında sıxışdırıhb kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Abaran kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri