Qartal yuvası — 2013-cü ildə Azərbaycanda istehsal olunmuş və Azərbaycanın 3 Milli Qəhrəmanından bəhs edən sənədli-bədii filmMilli Qəhrəmanlara həsr olunmuş film çəkilmişdir. AzərTAc, 25.09.2013. .

Filmin rejissoru və prodüseri Elnur Əliyevdir. Filmin ssenari müəllifi Kamran Qasımov, quruluşçu operatoru Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır.

Məzmunu Ekran əsəri Qazax rayonundan olan üç Milli Qəhrəman — Rafiq Alıcanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edir. Filmdə qəhrəmanların həyatlarının maraqlı anlarına daha çox diqqət ayrılmışdır.

Çəkiliş yerləri Çəkilişlər Qazax, Füzuli və Şamaxı rayonlarında aparılmışdır.

Film "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin dəstəyi ilə çəkilmişdir.

Həmçinin bax

Alınmaz qalanın qəhrəmanları (film, 2013)

İstinadlar

Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:Qazaxda çəkilən filmlər Kateqoriya:Füzulidə çəkilən filmlər Kateqoriya:Şamaxıda çəkilən filmlər