Notepad++ — Windows əməliyyat sistemi ilə birlikdə gələn Notepad proqramının alternatividir. Proqram C++, WIN32 API, STL istifadə edilərək hazırlanmışdır. Proqram GPL liseanziyası altında yayınlanır. Əsasən Scintilla mətn redaktoru əsasında qurulmuşdur. Notepad++ bir çox proqramlaşdırma dilinə uyğun olaraq kodu rəngləmək imkanlarına malikdir. Bir çox dillərə səsləndirmə(text to speech) dəstəyi vardır.

Əsas özəllikləri Sözləri uyğun olaraq rəngləmə. Dəstəklənən Proqramlaşdırma dilləri: C, C++, Java, C#, XML, HTML, PHP, CSS, makefile, ASCII, art (.nfo), doxygen, ini faylı, batch faylı, JavaScript, ASP, VB/VBS, SQL, Objective-C, Pascal, Perl, Python, Lua, TeX, TCL, Assembler, Ruby, Lisp, Scheme, Diff, Smalltalk, Postscript, VHDL, Ada, Caml, AutoIt, KiXtart, Matlab, Verilog, Haskell, InnoSetup, CMake, YAML və bir çox proqramlaşdırma dili daxil. WYSIWYG (nə görürsənsə o) Rəngli çap etmə qabiliyyəti. İstifadəçiyə özəl cümlə rəngləndirilməsi. Bir çox proqramlaşdırma dili üçün kod tamamlama. Birdən çox səhifə ilə eyni anda işləyəbilmə. İşçi ekranı bölmələrə ayırma. Axtarma dəyişdirmə. Drag and Drop dəstəyi. Eyni faylı fərqli pəncərələrdə açaraq dinamik görünüş dəstəyi. Yazı böyütmə və kiçiltmə dəstəyi. Bir çox xarici dil dəstəyi. Bookmark əlavə etmə dəstəyi. Blok ya da normal mötərizələr üçün əlavə rəngləndirmə - (), [], {} - Makro özəlliyi.

Xarici keçidlər rəsmi saytı

Kateqoriya:Azad mətn redaktorları Kateqoriya:Proqramlaşdırma Kateqoriya:Windows mətn redaktorları