Ev qulluqçusu () — 2011-ci ildə Teyt Teylorun rejissorluğu və ssenari müəllifliyi ilə, Ketrin Stokkettin eyniadlı əsəri əsasında çəkilmiş ABŞ dram filmi. Filmdə Cekson, Missisipidə, 1963-cü il Vətəndaş Hüquqları uğrunda mübarizə dövründə ağ dərili qadın Yevgeniya "Skiter" Felanın iki qara dərili qadın Eybilin Klark və Minni Ceksonla münasibətləri təsvir edilib. Skiter, işlədikləri ağ dərililərin ailələrində rasizmlə üzləşmiş qara dərili xanımların mövqeyinin əks edildiyi kitab yazmağa çalışan jurnalistdir.
Baş rolda Viola Devis, Emma Stoun, Oktavia Spenser, Brays Dallas Hovard, Cessika Çesteyn, Ahna O'Reilly, Kris Louell, Sissi Speysek, Maykl Fogel, Siseli Tayson, LaChanze, Ellison Cenni, Meri Stinbörgen və Anna Kemp oynamışdırlar. DreamWorks Pictures şirkəti tərəfindən istehsal olunan və Touchstone Pictures tərəfindən nümayiş olunan film kinotənqidçilər tərəfindən müsbət rəy qazanmış və cəmi 25 milyon dollar istehsal büdcəsi qarşılığında, 216.6 milyon dollar gəliri ilə dünya səviyyəsində kommersiya uğuru qazanmışdır.
Ev qulluqçusu filmində baş rolu ifa etmiş Viola Devis "Ən yaxşı film" və "Ən yaxşı qadın" kateqoriyaları, Cessika Çesteyn və Oktavia Spenser isə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyası üzrə Oskar mükafatının dörd nominasiyasını qazanmışdırlar. Aktyorların görkəmli ifalarına və yüksək performansına görə, film 29 yanvar 2012-ci ildə Kinoaktyorlar Gildiyasının mükafatını əldə etmişdir. Filmin yaş məhdudiyyatı 0-6 üzəridir. Məzmun
258px Kitabda və filmdə baş verən hadisələr Missisipi ştatının Cekson şəhərində cərəyan etsə də, çəkilişlər əsasən Qrinvud qəsəbəsində aparılmışdı
158px 158px Filmin rejissoru Teyt Teylor (solda)və "Conni Fut" rolunu canlandırmış Maykl Fogel (sağda) 1963-cü ildə Missisipi ştatının Cekson şəhərində, qaradərili qulluqçu Eybilin Klark (Viola Devis) istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində yeganə oğlunun həlak olmasından sonra, öz gələcək həyatını ağ dərili uşaqların böyüdülməsi və tərbiyəsində görür. O, zəngin Lifolt ailəsi üçün çalışır və başlıca olaraq Yelizaveta Lifoltun uşaqlarına qayğı göstərir; gənc qadın doğumdan sonrakı depressiyaya düçar olub və intizam uğrunda apardığı mübarizəni istisna etsək, heç öz doğma qızının belə qeydinə qalmaq istəmir. Eybilinin ən yaxın rəfiqəsi, onunla həmdil olan qaradərili qulluqçu və sadəlövh Minni Ceksondur (Oktavia Spenser). Minni artıq uzun müddətdir ki, Hilli Holbruksun evində xadiməlik edir və onun anası missis Voltersə (Sissi Speysek) baxır. Mənzilin sahibəsi yemək bişirmək məsələsində Minninin böyük bacarığına ehtiram göstərdiyindən, onun çılğın və gürurlu xasiyyətinə də dözümlə yanaşır. Yevgeniya "Skiter" Felan (Emma Stoun) müstəqil düşüncəyə malik gənc ağdərili qadındır; Missisipi Universitetini bitirdikdən sonra, o uşaqlıqdan sevdiyi qulluqçu Konstantini (Siseli Tayson) tapmaq üçün, ailəsinə məxsus plantasiya sahəsinə geri qayıtmağı qərara alır. Doğma diyarına qayıdan Skiter, anası Şarlottadan (Ellison Cenni) qulluqçunun öz şəxsi istəyi ilə evi tərk etdiyini öyrənir. Skiter uşaqlıqdan ona analıq edən qulluqçunun bu cür məktubsuz və xəbərsiz onu tərk etməyini anlaya bilmir və o, uzun sorğu-sualdan sonra Konstantinin məhz anası tərəfindən qovulduğunu öyrənir.
Skiterin sosial qrupu həyat yoldaşı tapmaq üçün kollecə daxil olduğu vaxt, o, ikiqat əsas dərəcə alır və Şarlottanın böyük təəssüfünə səbəb olsa da yalnız qalaraq uğurlu yazar karyerası qurur. Yerli qəzetlərdən birində "evdar xanım fikirləri" yazarı kimi işə düzəldikdən sonra fikrini tamamilə bu istiqamətə yönəldir və Elizabetdən soruşur ki, Eybilin məktubları cavablandırmaqda ona kömək edə bilərmi; Elizabetdən icazə alınması və Eybilinin özünün razılığının əldə edilməsindən sonra xanımlar razılaşırlar. Eybilin ilə daha çox təkbətək öz vaxtını keçirən Skiter, özünün ağ dünyəvi düşüncəyə malik dostlarına münasibətini dəyişməyə başlayır, Hillinin "Əsas Kömək Sanitar Təşəbbüsü" barədə öyrəndikdən sonra isə (Hilli "qara adamların ağ adamlarla müqayisədə daha çox xəstəliklər daşıdığını" bildirərək, qanunvericiliklə dəstəklənmiş qara ev xidmətçiləri üçün icbari tualetlərin tikinti planını dəstəklədiyini bildirir), onların "yardımlarına" laqeydcəsinə yanaşır.
Konstantinlə münasibətlərdən ilhamlanan Skiter, bu qadınların hekayələri əsasında ağ və qaradərili insanlar arasında baş verən münasibətlər və xüsusilə də, qara xidmətçi qadınlar tərəfindən tərbiyə almış uşaqların böyüdükdə valideynlərinə olan qərəzli baxışları barədə kitab yazmaq fikrini formalaşdırır. Ev qulluqçuları işəgötürənlər tərəfindən qisas zəminində işdən qovulacağından qorxaraq, Skiterlə könülsüz əməkdaşlıq edirlər, ancaq son nəticədə Eybilin danışmağa razılaşır. Şəhərdə baş vermiş tufan zamanı, Minni bayırdakı tualet otağına getməkdən çəkinir və Hillidən evdəki tualet otağına getməyi xahiş edir. Ev sahibəsinin icazəsini ala bilməyəcəyini anlayan Minni, gizlincə həmin otağa daxil olur və buna görə də Hilli tərəfindən işdən kənarlaşdırılır. Bundan sonra o da, Eybilinlə birlikdə Skiterə öz həyat hekəyələrini danışmağa başlayır.
Hilli evindən bir şeyin oğurlandığını bildirərək, Minninin başqa evlərdə işlə təmin edilməsini çətinləşdirir, lakin bir müddət sonra, o gözlənilmədən Minninin qızına qulluqçu kimi evdə işləməyi təklif edir və o, bununla razılaşaraq məktəbi buraxmalı olur. Minni son nəticədə fəhlə sinfindən olan, sonralar isə Hillinin zəngin eks-boyfrendi Conni Futa (Maykl Fogel) ərə getmiş və buna görə də cəmiyyətin səfilinə çevrilmiş Seliya Fut adlı yüngülxasiyyət qadının evində işə götürülür. Seliya Minniyə xəbər verir ki, o, hamilədir. Özünün yumşaq xarakterinə, nadanlığına, gizli sosial təbəqəsinə və müxtəlif məslələrə şiddətli yanaşmasına görə, Seliya öz evində çalışan işçisi ilə necə "düzgün" yanaşmağı bacarmır; o, mətbəxə tez-tez daxil olaraq, Minniyə yardım etməyə çalışır, onlar birlikdə bişirdikləri yeməyi bölüşür və bir-birinə "həyatı boyu üzləşdiyi xuliqanların öhdəsindən necə gəldiyi" kimi bir sıra məsləhətlər verir və hekayələr danışırlar.
Minni ilə Seliya arasındakı münasibətlər gəflətən baş vermiş uşaqdüşmə hadisəsindən sonra daha da dərinləşir; Seliya gözyaşları içərisində Conni ilə hamilə olduğu üçün ərə getdiyini, lakin bir ay sonra uşağı itirdiyini bilirir. Hillinin ətrafındakı insanların onu ələ saldığı xeyriyyə tədbiri zamanı Seliya ancaq kokteyllər içir və özünü yaxşı aparmır, buna görə də sonra məşhur qızların dəstəsindən uzaqlaşır. Həmin vaxt Skiter də öz istəyi ilə bu dəstədən uzaqlaşır, buna baxmayaraq Hilli vasitəsiylə Stüartla (Kris Louell) tanış olur və bu tanışlıq Şarlottanı çox sevindirir.
Skiter Nyu-York şəhərində yerləşən Harper & Row şirkətinin baş redaktoru Eleyn Ştayna (Meri Stinbergen) öz kitabını təqdim edir; kitabla tanış olan Eleyn, ona bayramların yaxınlaşdığını bildirərək qaradərili insanlar tərəfindən mülki hüquqlar uğrunda hərəkatlərinin qısa ola biləcəyini qabaqcadan xəbərdarlıq edir və buna görə də ev, sahiblərinə xidmət göstərən gənc xidmətçilər barəsində də hekayələri kitaba əlavə etməyini ona məsləhət görür. Medqar Eversin qətl kulminasiyası və brilyant üzüyün oğurluğuna görə həbs edilən Hillinin qulluqçusu, Minnini öz mövqeyini dəyişməyə vadar edir; o, Skiterin yanına çoxlu sayda qulluqçunu gətirir və onların hər biri öz həyatı barədə intervyu verirlər. Qulluqçular hesab edirlər ki, həyatında baş vermiş bütün əzabları və ifadə etmək imkanını onlara yalnız Skiter verə bilər.
Skiter, Eybilin və Minni kitabın yazılmasında bir qədər tərəddüd edirdilər. Bunun əsas səbəbi, bəzi hekayələrin konkret qulluqçu və ev sahibləri ilə bağlı olması idi, elə məhz bu gələcəkdə təhlükəyə səbəb ola bilərdi. Onların əndişələri Prezident Kennedinin qətlindən sonra dahada güclənir. Buna görə də, Minni ailə sirrlərini gizlətdiyinə görə cəzalandırılmaması üçün qorxunc hekayələr uydurdu: o, işdən çıxarıldığına və təhqir edildiyinə görə mükafatlandırıldı, Voltersi ondan uzaqlaşdırdığına görə Hillini içərisi ekskrementlə doldurulmuş şokoladlı kekslə təşəkkür etdi. Hilli piroqun iki dilimini yedikdən sonra, onun içərsində nə olduğunu öyrənir; misis Uoters qızının ekskrement yediyini biləndə özünü saxlaya bilmir və gülməyə başlayır. Bunu görən Hilli qəzəblənir və bir müddət sonra öz anasını sanatoriyaya yerləşdirir. Minni bu hadisəni də kitaba əlavə edilməsini təklif edir; özünün utancverici əməli barədə oxuyan dəhşətli Hilli, heç bir zaman bu hadisələrin həqiqətən də Cekson şəhərində baş verəbiləcəyini imkan verməz, bu isə kitabın azad satışı üçün çox əlverişli imkan ola bilər.
Skiter və hekayə müəlliflərin təhlükəsizliyi tam olaraq təmin olunması məqsədilə kitab tam məxfi şəkildə nəşriyyat evlərinin birində çap edilir. Skiter bu möhtəşəm anı öz qaradərili rəfiqələri ilə birgə qeyd edir. Kitabın məzmunu haqqında öyrənən Skiterin sevgilisi Stüart özünü aldadılmış hiss edir və buna görə də onunla bütün əlaqələrinə son qoyur. Minni yeni ev sahibi Seliyaya hər şeyi etiraf edir və o Hillinin həqiqətən də manipulyasiya ilə məşğul olan xuliqan qadın olduğunu nəhayət anlayır. Özünü aristokratik cəmiyyətin ən əsas üzvü hesab edən Hilli, başqalarından geri qalmamaq üçün yeni nəşr olunmuş kitabı alır və gecə yatmazdan əvvəl onu oxuyur; özünün piroqla yaşanan əhvalatı oxuyan Hilli dəhşət və qəzəb içərisində dərhal Skiterin yaşadığı evə gəlir. Hücumla evin kəndarında daxil olan Hilli, Skiterin zəncilərlə əlbir olduğunu hər kəsə deyəcəyi ilə hədə qorxu gəlməyə çalışır. Bu zaman Skiterin anası Şarlotta, "gəzəbli və tərbiyyəsiz" Hillinin həddindən artıq kesk yediyini deyərək, kitabda məhz kimin haqqda yazıldığı barədə məlumatlı olduğunu bildirir və onu öz evindən qovur.
Hillinin getməsində sonra, Şarlotta və Skiter nəhayət öz gələcək planları barədə düşünməyə başlayırlar. Gəflətən telefona gələn zəng baş redaktor missis Ştayndan olur: o, Ev qulluqçusu romanının möhtəşəm olduğunu bildirərək, Skiterə Manhettendə iş təklif edir. Şarlotta qızının mərdliyinə və müstəqil qərarlar vermək qabiliyyətinə heyran olaraq, qızının gələcək mühitə düzgün adaptasiya olması üçün yardım etmək istədiyini bildirir.
Minnini qulluqçuluğa ərindən gizli şəkildə götürən Seliya, bunu özünün yemək bişirmək və ev təsərrüfatını idarə etmək bacarığı olmaması ilə əsaslandırır; hər gün ərinə gizli şəkildə yemək bişirən Minni axşama yaxın tələsik evi tərk edir və Seliyanın əri elə zənn edir ki, yeməkləri məhz onun həyat yoldaşı bişirib. Lakin bir gün ərzaqlarla işə gələn Minni yolda evin sahibini — yəni Connini görür və dəhşət içərisində evə tərəf qaçmağa başlayır. O, Minniyə çataraq yeməklərin məhz qulluqçu tərəfindən bişirildiyini əvvəlcədən bildiyini və həmçinin Seliyanın bir neçə uşaqdüşmə hadisəsindən də xəbərdar olduğunu bildirir. O, Seliyanın son vaxtlar daha şən və sağlam göründüyünü deyərək, Minniyə təşəkkür edir. Conni kömək etmək üçün, Minninin ərzaqla dolu çantasını evə aparır və burada onlar masanın üstünə qoyulmuş müxtəlif yeməkləri görürlər — Seliya qulluqçusunun yemək bişirmə dərslərindən yararlandığını bildirir. Onlar Minniyə burada istədiyi qədər qala biləcəyini və onun ailənin artıq bir üzvünə də çevrildiyini deyirlər. Bu xeyirxahlıq ona təhqiramiz ərini boşamağa cəsarət verir; o, öz uşaqlarını onun əlindən götürərək, yaşamaq üçün Fut ailəsinin yanına köçür.
Sonda Hilli özünün köhnə hiyləgərlik üsuluna geri qayıdır: özünü həqarətə qoymamaq şərti ilə Eybilini yazdığı hekayələrə görə həbsxanaya salmağın mümkünsüz olduğunu bilə-bilə, o, bunun əvəzinə intiqam hissi ilə uzun illər ona xidmət etmiş qulluqçunu hansısa gümüş qaşıqların oğurlanmasında ittiham edir. Eybilin kiçik Elizabetlə vidalaşmağa çalışır, ancaq qaradərilərə artıq nifrət hissi ilə boğulan Hilli buna icazə vermir. Eybilin malikanəni tərk edir və başqa həyatın axtarışına çıxır.
Rollarda
Viola Devis — Eybilin Klark, qaradərili qulluqçu və Skiterin ən yaxın dostu. O, həmçinin kitabdakı hadisələrin müəllifidir. Emma Stoun — Yevgeniya "Skiter" Felan, Missisipi kollecinin məzunu və yeni başlayan yazıçı.