Sevil — 1949–1952-ci illərdə yazılmış lirik-psixoloji dram operası. Operanın musiqisi Fikrət Əmirov, librettosu isə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmışdır. Operanın premyerası 25 dekabr 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. Opera 1957-ci ilin nəşrində 4 pərdəli, 1962-ci ilin nəşrində 3 pərdəli, 1967-ci ilin nəşrində 3 pərdəli, 1976-cı ilin nəşrində 2 pərdəli, 1982-ci ilin nəşrində 3 pərdəli, 1987-ci ilin nəşrində 3 pərdəli olmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır.
Müasir mövzuya müraciət edən bəstəkar opera sənətinə şəhər məişətini, yeni ifadə vasitələri tələb edən yeni mühiti gətirmişdir. Fikrət Əmirovun yaradıcılığının əsas ifadə vasitəsi olan melodiya, operanın musiqisində emosional başlanğıc rolunu oynayır. Operanın musiqi dolğunluğu, zəngin harmonik dili, orkestr rəngarəngliyi, simfonikləşmə tendensiyaları ilə diqqəti cəlb edir. Bəstəkar operada müxtəlif musiqi formalarını – ariya, ariozo, reçetativlər, ansambl və xor epizodlarını böyük sərbəstlik və ustalıqla istifadə etmişdir. Operanın musiqisində mühüm rol oynayan leytmotivlər qəhrəmanların səviyyəsində böyük əhəmiyyət kəsb edir.
Fikrət Əmirovun "Sevil" operası müasir mövzuda lirik-psixoloji janrda yazılmış ilk Azərbaycan operası olmaqla yanaşı, respublikada opera sənətinin inkişafında mühüm mərhələ oldu və bəstəkarın yenilikçi fikirlərini bir daha nümayiş etdirdi.
Tarixi
Mənbə və mövzular
thumb|left|180px|Fikrət Əmirovun "Sevil" operasını yazarkən ilhamlandığı "Sevil" pyesinin müəllifi, azərbaycanlı dramaturq Cəfər Cabbarlı.
Fikrət Əmirov "Sevil" operasını yazarkən azərbaycanlı dramaturq Cəfər Cabbarlının "Sevil" pyesindən təsirlənmişdir. Cəfər Cabbarlının "Sevil" dramı 1928-ci ildə tamaşaya qoyulmuş və bədii məzmununun aktuallığına görə şöhrət qazanmışdır. Cəfər Cabbarlının yaradıcılığını müasir nöqteyi-nəzərdən dəyərləndirən Elçin Əfəndiyev qeyd edir ki, "Hətta 1920-ci illərin sonu, 30-cu illərin əvvəllərində, "yeni dövr", "sovet quruculuğu" aduləçiyi ilə qələmə alınmış "Sevil", "Almaz", "Yaşar" kimi pyeslərində, zəmanənin başqa bu tipli əsərlərindən müəllifin bəşəri yüksəkliyə qalxa bilməsi ilə fərqlənir və buna görə də onların həyatı ideoloji baxımdan bəhrəsi olduqları epoxanın süqutu ilə sona yetmədi."
1952-ci ildə belə bir mövzuya müraciət etmək bəstəkar Fikrət Əmirovun öz marağının, tarixə münasibətinin və Cabbarlı yaradıcılığına məhəbbətinin ifadəsi idi. Fikrət Əmirov Cəfər Cabbarlının yaradıcılığına çox yüksək qiymət verir və onun irsinə maraq bəsləyirdi.
Fikrət Əmirov yazır ki, "Cabbarlı pyeslərinə baxarkən oradakı novator cəsarətinə heyrət etməyə bilmirsən. Hər bir əsərində təkcə forma yeniliyinə yox, bütöv bir sənətkar yeniliyinə heyran olursan. Hiss edirsən ki, "Sevil" operasını yazan sənətkar heç də "Aydın" əsərini yazan deyil, daha müdrik, daha uzağı görən, daha yeni sənətkardır. Cəfər Cabbarlı xalqının və əsrinin oğlu olduğu üçündür ki, bütün xalqlara və əsrlərə doğmadır. Mən Cabbarlının əsərlərinə vurğunam. Ancaq onun ən çox xoşuma gələn "Sevil" operasına olan məhəbbət onu mənim tərcümeyi-halıma yazmışdır. Mən "Sevil" operasını əzbərləyə-əzbərləyə ona musiqi yazmışam və hər gün də Cəfər Cabbarlının qarşısında hesabat vermişəm. Yəni hər musiqi parçasından sonra "Görəsən bu Cəfərin xoşuna gələrdimi?" deyərək öz-özümə fikirləşmişəm."
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Aslan Aslanov yazır ki, "İki qüdrətli sənətkarın – Cəfər Cabbarlının və Fikrət Əmirovun dramaturji-musiqi təfəkkürünün məhsulu olan "Sevil" operasında məhz bu inqilabın irəli sürdüyü çox mühüm sosial-ictimai problemlər öz ifadəsini tapmışdır. Başqa janrlara nisbətən operada həmin problemləri açmaq çətindir. Lakin bəstəkarımızın böyük yaradıcılıq hünəridir ki, əsərdə həm inqilab ərəfəsini, inqilab prosesini və inqilabdan sonra Azərbaycanda gedən sosial ictimai və ideoloji təbəddülatların daxili mənasını göstərə bilmiş, həm də inqilabi dəyişikliklər zəmnində insanların taleyini, xüsusən azadlığa, işığa can atan Azərbaycan qadınlığının ürək çırpıntılarını, yenilik arzularını tərənnüm etmişdir. Fikrət Əmirov bu əsərində milli musiqi dilimizin imkanlarından bacarıqla istifadə etməklə, köhnə dünyanın özlündən uçurmağa çağıran inqilabi mahnıları da məharətlə əlaqələndirmişdir. Biz bu əsərdə Fikrət musiqisinin orijinallığını bir daha görürük."
Süleyman Ələsgər qeyd edir ki, "görkəmli dramaturqumuz Cəfər Cabbarlının "Sevil" pyesi musiqi dramaturgiyası üçün möhkəm əsas və bəstəkar üçün geniş yaradıcılıq imkanı vermişdir. Fikrət Əmirovun da "Sevil" pyesinə müraciət etməsini məhz bununla izah etmək olar. Bəstəkar Fikrət Əmirov və libretto müəllifi şair Tələt Əyyubov "Sevil" pyesinin əsas süjetindən istifadə edərək, onu opera janrının xüsusiyyətlərinə uyğunlaşdırmışdır."
Yazılması Fikrət Əmirovun yaradıcılığında opera janrı özünəməxsus yer tutur. Bəstəkar yaradıcılığının ilkin dövrlərində, 1948-ci ildə opera janrına müraciət etmişdir. Konservatoriyanı bitirərkən o, diplom işi olaraq librettosu İsmayıl Hidayətzadəyə məxsus olanВиноградов В. С. Мир музыки Фикрета. — Б.: Язычы, 1983. — С. 23. — 129 с. birpərdəliАмиров Ф. М. Д. // Музыкальная энциклопедия / Под ред. Ю. В. Келдыша. — М.: Советская энциклопедия. "Ulduz" operasını yazmışdır. Bu opera yalnız əlyazma şəklində saxlanılaraq, nəşr etdirilməmişdir. Fikrət Əmirov bu əsəri yazmaqla müəyyən təcrübələr əldə etmişdir. Bəstəkar opera janrının müəyyən üslub cəhətlərinə, ifadə vasitələrinə yiyələnə bilmişdir.
Çox mürəkkəb eyni zamanda sənətkardan böyük məsuliyyət tələb edən bir janr olan operanı yazmaqla bəstəkarın öz məqsədi var idi. "Sevil" operasının yaranmasından təxminən on il sonra Fikrət Əmirov bu haqda belə bir açıqlama verir:
Fikrət Əmirov operanın üzərində işə 1949-cu ildə başlamışdır. Cəfər Cabbarlının süjetinə opera yaratmaq tələbi bəstəkarın daxili istəyindən, bu yazıçının yaradıcılığına olan rəğbət hissindən irəli gəlməklə yanaşı, həm də yazıçı Mirzə İbrahimovun bu süjeti təklif etməsi ilə əlaqədar idi. Operanın librettosunu yazan şair Tələt Əyyubov pyesin əsas dramaturji məğzini, əsərin obrazlı dilini, iştirakçıların dəqiq səciyyəsini saxlamağa cəhd göstərmişdir. Librettoya çox yığcam şəkildə işlənmiş Azərbaycan qadının acınaqlı vəziyyəti, hüquqsuzluğunu təsvir edən proloq səhnəsi əlavə edilmişdir. Opera janrının tələbləri ilə bağlı pyesin bəzi pərdələri birləşdirilmiş, əsər yığcam şəkil almışdır. Operanın hər redaktəsində müəyyən dəyişikliklər aparılaraq bəzi səhnələr əlavə edilmiş, bəziləri çıxarılmış, iştirakçıların bir sıra çıxışlarının yeri dəyişdirilmişdir.
Əsasən Cəfər Cabbarlı pyesinin ideyasını və süjet xəttini saxlayan Fikrət Əmirov və librettoçu Tələt Əyyubov ictimai xüsusiyyətləri dərinləşdirmək məqsədilə operada bəzi dəyişiklər aparmışdılar. İkinci pərdəyə pyesdə olmayan inqilabi nümayiş səhnələri, operanın əvvəlində proloq daxil edilmiş, üçüncü pərdənin səhnələri də başqa cür birləşdirilmişdir. Əsərdə başqa opera janrlarının da (xüsusilə tarixi janrın) xüsusiyyətləri müşahidə edilir.
Operada hadisələrin inkişafı, kompozisiyası, dramaturji quruluşu və s. baxımdan bir çox quruluş bəstəkarın klassiklərindən, xüsusilə Pyotr İliç Çaykovski dramaturgiyasının ənənələrindən bəhrələndiyi görünür. Lakin bununla birlikdə klassik operaların kompozisiya üsulları "Sevil" operasında musiqi dilinin milli xalq cizgiləri ilə, bütün müasir intonasiya leksikası ilə sintezləşdirilir. Bu Fikrət Əmirovun klassik ənənələrə yaradıcı münasibətinin və əsərinin məzmunu, mahiyyəti ilə maraqlandığının göstəricisi idi.
Musiqilər
Operada dramaturji konfliktin əsasını mütərəqqi obrazlar qrupu (Sevil və onun dostları) və ölüb gedən dünya (Balaşın və onun mühiti) ilə təmsil olunan iki zidd ictimai qüvvənin bir-birinə qarşı qoyulması təşkil edilir. İştirakçıların ictimai və psixoloji mahiyyətlərinin bir-birinə zidd olması operada obrazlı-tematik və kompozisiya-struktura ziddiyətini şərtləndirir. İştirakçılarından xarakteristikasından ibarət olan iki musiqi mövzuları kompleksi də təzadlıdır. Hadisənin inkişafı prosesində Sevili və onun dostlarını səciyyələndirən mövzular zənginləşir, Sevilə qarşı qoyulan obrazlarla bağlı olan digər mövzular qrupu isə birinci qrup tərəfindən aradan qaldırılır.
Opera 1957-ci ilin nəşrində 4 pərdəli, 1962-ci ilin nəşrində 3 pərdəli, 1967-ci ilin nəşrində 3 pərdəli, 1976-cı ilin nəşrində 2 pərdəli, 1982-ci ilin nəşrində 3 pərdəli, 1987-ci ilin nəşrində 3 pərdəli olmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır.
Operanın dramaturgiyasında gərginliyin, dinamikliyin ardıcıl inkişafı, artması prinsipi böyük rol oynayır. "Sevil" operasının dramaturgiyasında müəllif tərəfindən geniş istifadə olunan və operanın musiqisində mühüm rol oynayan leytmotivlər, leyttemalar, qısa motiv-xarakteristikalar, motiv-xatırlamalar onun ideyasının açılmasına kömək edir.
Operada Sevilin xarakteristikaları ilə bağlı olan leytmotivlər xüsusilə əhəmiyyətlidir. Operanın qəhrəmanının musiqi təcəssümündə ilk dəfə proloqda ifadə edilmiş Sevilin əsas leytmotivi mühüm rol oynayır. Leytmotiv iki hissədən ibarətdir: başlanğıc və əsas. Əsas hissə böyük daxili qüvvə və birinci melodiyadan yaranan təzadlı-tamamlayıcı melodiya ilə dolğunlaşır.
Operada Sevili oyanmağa çağıran leytmotivə böyük əhəmiyyət verilir. İlk dəfə Gülüşün Sevilə müraciətlə oxuduğu ariozada səslənən bu leytmoyiv operanın dramaturjo inkişafında ideyasının açılmasında mühüm əhəmiyyət kəsb edir. Operada Sevil və Balaşın "şəxsi faciə" leytmotivi – həzin, dramatik-dolğun, ahəngdar mövzusu mühüm rol oynayır. Əvvəlcə hər iki qəhrəmanın hislərini səciyyələndirən həmin leytmotivi tədricən Sevil mövzusundan uzaqlaşır və yalnız Balaşın hissəsində qalır. Operanın digər iştirakçıları da leytmotivlərlə səciyyələndirilir. Operanın qəhrəmanları leytmotiv xarakteristikalarla yanaşı, ariyalarla, ariozolarla, həmçinin ansambl nömrələri ilə təqdim olunurlar.
Fikrət Əmiroun operasında müxtəlif xarakterli və tipli çoxlu ansambl nömrəsi mövcuddur. Onların içərisində xüsusilə Sevil və Balaşın dueti əhəmiyyət kəsb edir. Bu duet onların xarakteristikasını tamamlayır və dramaturji cəhətdən əsas səhnələrdə mühüm rol oynayır.
İkinci pərdədən alınmış septet bütün operanın mərkəzi ansamblı, ən yüksək nöqtəsidir. Bu nöqtə bütün iştirakçıları bir araya gətirir.
Əsər giriş hissədən, üç pərdədən və iki şəkildən ibarətdir. Birinci pərdədə Sevilin qəmli ariozosu və laylay mahnısı səslənir. Bunlarda onun öz taleyindən şikayəti eşidilir. Ariozo xalq mahnıları ruhunda yazılmışdır. Müqəddimənin kədərli melodiyasında təkildə səslənən orqan punktu üzücü məhkumluq hissini gücləndirərək, bir növ bütün ariozo üçün ümumi olan çarəsizlik əhvali-ruhiyyəsi yaradır. Mahnı melodiyasının kiçik diapozonu və onun obrazlı-emosional quruluşu arizonu həzn-lirik xalq mahnılarına – ağılara yaxınlaşdırır. Ariozonun xalq mahnısı xarakterində olması qəribə tərzdə qovuşan kədərli frazalarla, xalq nəfəsli alətlərinin melizmatik bəzəklərini xatırladan ağac nəfəs alətlərinin (xüsusilə fleytanın) çaldığı melodiya ilə də nəzərə çarpır.
Sakit, sadədil obrazı təcəssüm etdirən və aydın ifadə olunan laylay mahnısı ruhən ariozoya yaxındır. Burada vokalla duet şəklində səslənən klarnetin tembri daha sonra tez-tez Sevil mövzusunu müşayiət edərək onun leyttembrinə çevrilir. Birinci pərdədə Atakişi mahnı-rəqs xarakterli kupletlər oxuyaraq nəvəsini əyləndirir.
Birinci pərdədə Balaşın mahnısı onun sevincini, yüngülxasiyyət birindən məst olduğunu ifadə edir. Bu valsvarı kupletlərdir. Bu kupletlərdə qayğısızlıq, qəmsizlik səslənir. Daha sonra mahnının mövzusu operada leytmotiv mənası kəsb edir.