Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015).

Həyatı Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir.

Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Əsas rolları Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram, Aydın (C. Cabbarlı) — Novruz bəy Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski Maral (H. Cavid) — Cəmil Atabəylər (N. Həsənzadə) — Abubəkir Sənsiz (S. Qurbanov) — Tərlan

Filmoqrafiya Bizim küçənin oğlanları (film, 1973) Qocalar, qocalar... (film, 1982) Yük (film, 1995) Bir anın həqiqəti (film, 2003) Koroğlu (film, 2003) Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər Cavad xan (film, 2009) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov Çölçü (film, 2012) Tək olanda qorxma... (teleserial, 2013) Qırmızı bağ (film, 2016) Yuxu kimi (teleserial, 2019) Nəsil yaddaşı (film, 2025)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları