Sevinc Həbib qızı Fətəliyeva () — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin IV, V, VI və VII çağırış deputatı.
Həyatı Sevinc Fətəliyeva 1979-cu il avqustun 17-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Sevinc Fətəliyeva 160 №-li tam orta məktəbi bitirib . 1996–2000-ci illərdə Azərbaycan Dillər Universitetində (ADU) tərcümə ixtisası üzrə təhsil alan Sevinc Fətəliyeva, 2000–2002-ci illərdə ADU-da magistr pilləsində təhsil alıb. Rus və ingilis dillərini bilən Sevinc Fətəliyeva, fiologiya üzrə fəlsəfə doktorudur.
Ailəsi Sevinc Fətəliyeva ailəlidir, bir oğlu və bir qızı var. Atası Həbib Fətəliyev Azərbaycan SSR yerli sənaye naziri olub.
Fəaliyyəti 2000-ci ildə "Mitsui & Co." LTD-də tərcüməçi vəzifəsində çalışan Sevinc Fətəliyeva, 2003-cü ildən Slavyan Universitetində (BSU) çalışır. O, 2003-cü ildən "Roman-german dilləri" Kafedrasının müəllimi, 2006-cı ildən isə "İngilis fiologiyası" Kafedrasının müdiridir.
Sevinc Fətəliyeva 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatıldı. 30 saylı Suraxanı 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Sevinc Fətəliyeva, səsvermədə qalib gəldi və Milli Məclisə üzv seçildi. O, 2010–2015-ci illərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvüdür.2015–2017-ci illər ərzində Avropa Şurasının uşaqlar üzrə Baş Məruzəçi vəzifəsində çalışıb.
2016–2018-ci illərdə AŞPA -nın Sosial məsələlər, Sağlamlıq və Davamlı İnkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri vəzivəsində çalışıb.
Sevinc Fətəliyeva 2015-ci il noyabrın 1-də baş tutan Azərbaycan Milli Məclisinə V çağırış seçimlərə qatıldı. 30 saylı Suraxanı 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Sevinc Fətəliyeva, səsvermədə qalib gəldi və Milli Məclisə üzv seçildi. (2015–2020) Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədrinin müavini, İctimai birliklər və dini qurumlar Komitəsinin isə üzvü vəzifələrində çalışıb. Sevinc Fətəliyeva Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri,ABŞ, Çili, İsveç, Qətər, Misir, Peru, Yaponiya və Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının isə üzvü olub. Sevinc Fətəliyeva Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Qadınlar Şurasının isə sədr müavinidir.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları