thumb|250px|İnqilabi məhkəmədən öncə Brisso və 20 jirondist. Paris 1793. Jirondistlər (), Jirond () — Böyük Fransa İnqilabı dövründə əksəriyyəti Bordo bölgəsindən gələn, Qanunverici Məclis və Milli Konventdə montanyarlara qarşı üstünlük əldə edən qrupa verilmiş addır. Jirondist adının məşhurlaşması XIX əsrin əvvəllərində Lamartinin "Jirondistlərin Tarixi" kitabını yazmasında sonra baş verir. Bordodan olan bu qrup Qanunverici Məclisdə beş nəfərlə təmsil olunurdular: Vernu, Qade, Jensonne, Qraqanöv və Jan Fransua-Dük. Milli Konventdə qrupa Dükün qaynı olan Jan Batist-Boyer-Fonfred də əlavə olunur. Bununla birlikdə jirondistlər 1792-1793-cü illərdə ayrı-ayrı vaxtlarda Brissotinlər, Rolandistlər və Rolandinlər də adlandırılıblar. Qrupun jirondist adlandırılması isə 1793-cü ilin oktyabrından etibarən başlamışdır.
KondorseCondorcet: un intellectuel en Révolution, s. 325 - 331, d'Élisabeth et Robert Badinter. Fayard 1988., BrissoGuy Chaussinand-Nogaret: Girondins et Montagnards : la lutte à mort, s. 17, l'Histoire No 100 - 1987., RolanLazare Carnot de Jean et Nicole Dhombres. Fayard 1997. « On le vit constamment (Lazare Carnot) voter avec les Républicains les plus avancés (les Girondins.) » s. 252, Qade, Vernu, İnarGuy Chaussinand-Nogaret L'Histoire No 100 s. 17, DükBernardine Melchior-Bonnet. Les Girondins s. 27., BuzoRépublicains de la Constituante » Louis Blanc s. 597 kimi jirondistlər respublikanı dəstəkləyirdilər. Danton, Robespyer və Marat jirondistlərin tərkibində olarkən jirondistlər Milli Konventdə montanyarlara qarşı ən güclü fraksiya idilər. Bu üç önəmli şəxs yakobinçilərə qatılmazdan öncə Qanunverici Məclisdə əsas söz haqqı da jirondistlərə məxsus idi. Bununla birlikdə montanyarlar və jirondistlər 1791-ci ilin oktyabrından 1792-ci ilin martına qədər davam edənlər danışıqlar çərçivəsində Milli Konventdə razılığa gələ bilirlər. Onların razılığa gəldikləri mövzu müstəmləkə siyasətinin dəstəklənməsi və "azad dərili insanların" (ağ dərili) hüquqlarının qorunması ilə bağlı idi. Brisso və Vernunun 1792-ci ilin 24-28 mart tarixlərində hazırladıqları bu qanun aprelin 4-də nazirlər Klavier və Rolandın razı salınmasından sonra qəbul edildi.
Milli Konventin fəaliyyətinin ilk aylarında jirondistlər və montanyarlar arasında şiddətli qarşıdurmalar yaşanırdı.Atlas historique, Perrin 1992
Müharibə mövzusu ətrafında bölünmə thumb|Jak Pyer Brisso. Versal, 1792
Səbəblər Başlanğıca Fransanın İngiltərə modeli kimi konstitusiyalı monarxiya olacağını düşünən Avropa dövlətləri, belə bir quruluşun yaradılmasının onlar üçün təhlükə yaradacaqlarını düşündülər. 1791-ci il iyunun 20-də "Kralın Varendən uçuşu" (XVI Lüdovik və Mariya Antuanettanın ölkədən qaçma cəhdi)-ndan sonra güclü fraksiyalar və yakobinlərin əsas hissə 1791-ci il iyulun 17-də Şamp-de Marsda kralın taxtdan endirilməsi və Fransada Respublikanın qurulması ilə bağlı qərar qəbul etdilər. Şamp-de Marsda qəbul edilən bu qərar yakobinlər arasında ayrılma yaratdı və Fransa İnqilabında dönüş nöqtəsinə çevrildi. 27 avqustda Avstriya imperatoru və Prussiya kralı arasında Pillnitzdə Avropada XVI Lüdovikin hakimiyyətini təhdid edən təhlükə barəsində sözləşmə imzalandı. 1792-ci il 16 fevralda Prussiya və Avstriya arasında ittifaq müqaviləsi imzalandı və onlar Fransaya qarşı vuruşmaq üçün köçkünlərdən ibarət ordu yaradılması haqqında qərar verdilər. İspaniya, Rusiya və İsveçrə öz səfirlərini Fransadan geri çağırırlar. Brisso bu Avropa dövlətlərinə qarşı aparılacaq müharibənin İnqilabın inkişafında çox böyük rol oynayacağını düşünürdü. Lakin Maksimillian Robespyer Brissoya qarşı əks mövqe nümayiş etdirir.
Kral və Kraliça xilaslarının əsas səbəbini inqilabın məğlub edilməsində görürdülər və buna görə də müharibə fikrini dəstəkləyirdilər. Onlara görə öz hakimiyyətlərini xilas etmək üçün ən uyğun variant digər hökmdarlardan kömək istəmək idi.Les grandes heures de la Révolution française, G. Lenotre, André Castelot tome II s. 21-22, Perrin 1963.
Müharibə haqqında müzakirələr Müharibə ilə əlaqəli müzakirələr 1791-ci ilin oktyabrından 1792-ci ilin aprelinə qədər davam edir. Köçkünlərdən ibarət ordu Fransa sərhədlərinə yaxınlaşır və bu jirondistlərə inqilabi fikri Avropa xalqları arasında yaymaq üçün fürsət verir. 22 oktyabrda o problemin Qanunverici Məclisdə müzakirə olunmasına nail ola bildi. Oktyabrın 31-də İnar və Vernu da bu məsələni dəstəklədilər. Noyabrın 9-da Qanunverici Məclis bütün köçkünlərin Fransaya qaytarılması barədə qərar qəbul edir. 1791-ci il dekabrın 16-da müharibə barədə böyük müzakirə yaradan Qanunverici Məclisdə Brisso belə çıxış edir:Histoire de la Révolution tomeI Louis Blanc
Lakin yaxın gələcəkdə heç bir qüvvə Fransanı Avropa dövlətlərinə qarşı müharibə aparmağa sövq edə bilmir. 1791-ci ilin noyabrda Robespyer Arrasdan Parisə qayıdır, bu zaman o millətvəkili olmasa da əsas fiqurlardan biri idi və 16 iyulda Felyan klubunda olan ayrılma məsələsində iştirak etdi. Bu zaman artıq yakobinlər fraksiyanın üzvü idi və 1791-ci il 28 noyabrda yakobinlər fraksiyasının rəhbəri seçilir.
Rəhbərliyinin ilk dövrlərində Robespyer Biyo-Varendən fərqli olaraq müharibə tərəfdarı olsa da, irəliləyən dövrlərdə o Brissodan fərqli olaraq müharibə fikrini dəstəkləmir.
Montanyarlar fraksiyası İnqilabi Fransa və Avropa krallıqları arasında olan müharibə qaçınılmaz idi. Əsas məsələ müharibə üçün əlverişli olan zamanın seçilməsi idi. Robespyer dekabrın 12-də yakobinlər fraksiyasında etdiyi çıxışda bildirirdiki:
Lakin bu müddət ərzində müharibə haqqında heç bir əks-təklif olmadı və bu yakobinlər arasında parçalanmaya səbəb oldu.Robespierre, histoire d’une solitude, Max Gallo, Perrin 1968. Müharibə tərəfdarı olanlar üstünlük təşkil edirdilər. Yakobinlər arasında etdiyi önəmli çıxışları Robespyerin müharibə ilə bağlı fikirlərində daha realist olduğunu göstərirdi. O, bildirirdi:
Danton, Kamil Demulen, Marat, Biyo Varenn, Antuan, Eber, Silven Mareşal, Filibert Simon, Kollot Derbua Robespyerin müharibə haqqında olan düşüncələrini dəstəkləyirlər.Robespierre ou l’histoire d’une solitude. Max Gallo 1792-ci il 29 fevralda Robespyerin dostu Kuton feodal hüquqların tamamilə aradan qaldırılması ilə bağlı etdiyi çıxış, müəyyən dəyişikliyə səbəb oldu. Onun düşüncələrinə görə, sosial radikallıq üçün daxili düşmənlərlə savaşmaq xarici düşmənlərlə savaşmaqdan daha önəmli idi. 1792-ci il aprelin 30-da jirondist qəzeti olan "La Chronique de Paris" montanyarlar və yakobinlər fraksiyasına daxil olan altı deputatı agent adlandırdı. Yazara görə bunun səbəbi onların hər zaman müharibəyə qarşı fikir səsləndirmələri idi. Bu deputatlar Maksimillian Robespyer, Jan-Pol Marat, Kamil Demulin, Jan-Mari Kollot Derbua, Fransua Robert və Stanislas Freron idilər.Michel Biard,Collot d'Herbois, légendes noires et révolution, Lyon, 1995.
Krallarla müharibə Bu zamanlar jirondistlər Brisso rəhbərliyində hərəkət edirdilər və buna görəd onları Brissotinlər adlandırırdılar. Onlar 1792-ci ilin aprelində Qanunverici Məclisdə müharibə ilə bağlı səsvermədə qalib gəldilər. Sadəcə 11 nəfər deputat bu səsvermədə iştirak etmədi: 7 Lametist fraksiyası üzvləri, Şabo, Antuan Merlin, Bazir və yakobin Şalier. "Bohemiya-Macarıstan Kralı"na müharibə elan etmək həm də Müqəddəs Roma İmperiyasının imperatoruna müharibə etmək idi.
Bu müharibə II Fransuanın müttəfiqi olan Prussiya dövlətini də əhatə edirdi. Bu müharibə 23 il davam etdi və Avropanın bütün xalqlarını əhatə etdi. Silven Mareşalın fəaliyyət göstərdiyi yakobin qəzeti olan "Les Révolutions de Paris" yazırdı:Həmin gün Kondorse ictimai təlimlə bağlı böyük layihəsini Qanunverici Məclisə təqdim etdi. Jirondistlər Fransada müharibəni dəstəkləyən ən böyük fraksiya idilər, onlar düşünürdülər müharibə daxildəki problemlərin aradan qaldırılmasında çox böyük rol oynaya bilər. Müharibə həm də inqilabın qarşılaşdığı əks-inqilabçı Avropa birliyinə qarşı da mübarizə aparmaq üçün ən gözəl vasitə idi.
Robespyer və Brisso arasında olan boşluq daha da genişlənsə də, yakobin fraksiyası ilə bağlı məsələlərdə yenidən bir araya gəlirlər. Bu zaman hələ jirondistlər və montanyarlar arasında olan böyük qarşıdurma başlamamışdı.Maximilien de Robespierre, s. 591, Gérard Walter, Gallimard 1989.
Jirondistlər : inqilab və siyasət thumb| Parisin meri Jerom Petion de Vilnev. Paris, 1791.
1792-ci il 20 iyun 13 iyunda kral Qanunverici Məclis tərəfindən qəbul edilən qanunlara veto qoyur və jirondist nazirləri vəzifələrindən uzaqlaşdırır. Krala qarşı hər hansısa bir tədbirin və toplantının keçirilməsi qadağan edilsə də, 20 iyunda "barışıq günü" keçirilir. Bu gün təsadüfən seçilməmişdi. Həmin gün "Oyun zalı andiçməsi"nin ildönümü idi. Tezliklə hadisələrin miqyası genişlənir və Parisin meri olan Jerom Petion de Vilnevin də planladığından da irəliyə gedir. Danışıqların müsbət nəticələnməyəcəyini görən XVI Lüdovik, Tyuilri sarayının zəbt edilməsinə məhəl verməyərək qanunlar üzərinə qoyduğu vetonu qaldırmır və jirondistləri vəzifələrinə bərpa etmir.Les Grandes Heures de la Révolution, C. Lenotre, André Castelot tome 2, Perrin, 1963. Petion 8 iyulda xidməti vəzifələrini yerinə yetirə bilmədiyinə görə qovuldu, lakin yakobinlərin təzyiqləri sayəsində o, 13 iyulda yenidən vəzifəsinə qaytarıldı.
Jirondistlər Konstitusiya yönümlü olduqları üçün, məsələnin miqyasının genişlənməsini istəmirdilər. Montanyarların jirondistləri dəstəkləməməsi jirondistlər üçün mənfi nəticələrə səbəb olacaqdı, belə olan halda kralın mövqeyi möhkəmlənəcək, vətənpərvərlər və monarxistlər arasında qarşıdurma daha da genişlənəcək, həm də sanskulotların Qanunverici Məclisə girmələri üçün şərait yaranacaqdı.
Aralarında Santerin də olduğu hərəkat rəhbərləri ortaya çıxdılar. Santerin başçılıq etdiyi dəstə Tyuilri sarayını zəbt edən dəstə idi, onlar düşünürdülər ki, monarxı endirmək artıq heç də çətin deyildir.Robespierre : Histoire d'une solitude, s. 165, Max Gallo, Perrin 1968.
Həmin gün baş verən hadisələr siyasi qırılma baxımından təhlil edilməlidir. Əgər Paris dəstələri Menaj zalına girərdilərsə, bu onlara siyasi fəaliyyətdə böyük üstünlük qazandıracaqdı.Lazare Carnot, Jean et Nicole Dhombres s. 276, Fayard 1997. Montanyarlar 20 iyun hadisələrinə qatılmaqdan imtina edirlər, onların bəziləri isə hadisələri kənardan izləyir və müdaxilə etmək üçün uyğun şərait axtarırdılar. Əgər 20 iyun hadisələri baş verməsəydi, o zaman jirondistlər xalq arasında nüfuzlarını itirəcəkdilər, kralın vetonu götürməməsi və jirondistləri vəzifələrinə qaytarmaması bu mübarizədə kralın qalib gəldiyini göstərəcəkdi.Danton, Dominique Bluche, Perrin 1984. Jirondistlər və montanyarlar bu məsələdə fərqli mövqe bildirirlər. Jirondistlər inqilabın sakitləşməsini istəsələr də, montanyarlar yeni liderlərinin rəhbərliyində inqilabın daha da genişlənməsinin tərəfdarı idilər.
Jirondist yenidənqurması (1792-ci il iyul) left|thumb|Pyer Vernu. Fransua Bonvil tərəfindən çap edilib. Paris BnF, 1796. thumb|Elie Qadet. Jozef Boze tərəfindən çap edilib. Paris. BnF,1792-1793