Kəbərlər — Xəzərlərin tərkibinə daxil olan türkdilli tayfalardan biri.

Tarix IX əsrdə indiki Ukraynanın Poltava çevrəsində yaşamışdılar. Həmin əsrdə Xəzər xaqanlığına üsyan edən 3 boydan biriydi.

Bizans imperatoru VII Konstantinin yazdığı De Administrando Imperio adlı kitaba görə, bu üsyanlar yetərince diqqətə dəyər üsyanlar olmuşlar və bunun nəticəsində Kəbərlər 854-cü ildə xaqanlıqdan qovuldular və əraziyə o dövrdə təzə-təzə köç edən macarların Het-Magyar (Yeddi Macar) boyuna sığındılar.

Macarıstana köçən Kəbərlər əvvəllər Xəzər dilində danışırdılar, sonralar isə tədricən assimilyasiya olunaraq macar dilini qəbul etdilər və macarların arasında əriyib getdilər. Kəbərlərin təsiri ilə macar dilinə xeyli türk sözü keçib.'Шушарин В.П. Ранний этап этнической истории венгров. М.,1997. ISBN 5-6004-105-5.

Azərbaycanda Kəbərlər Azərbaycana erkən orta əsrlərdə gəlmiş, Mil və Qarabağ düzlərində məskunlaşmışlar, Kəbirli elinin əsasını qoymuşlar.

Mənbə Q. A. Qeybullaev, Xazarskie etnonimı v Azerbaydjane. DAN Azerb. SSR, 1980, № 10, s. 95–96.

İstinadlar

Həmçinin bax Xəzərlər Kəbirli eli

Xarici keçidlər

Kateqoriya:Xəzərlər Kateqoriya:Macarıstan tarixi Kateqoriya:Türk xalqları