Əl-Xəlil (), həmçinin Hebron və ya Hevron () — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Qüdsdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Xevronda İbrahim, İshaq, Yaqub peyğəmbərlər və onların arvadları Sara, Rebekka və Leanın dəfn olunduğu “Patriarxlar mağarası” yerləşir.
Yaqubun ikinci arvadı Rəhilə Beytlehem şəhərində dəfn edilir.
Xristian və yəhudi ənənələrinə görə, Esav və ya Esavın bədəninin bir hissəsi də Patriarxlar mağarasında basdırılır.
Xevronda Davuda Şamuel peyğəmbər tərəfindən İsrail padşahı tac qoyuldu. Davud paytaxtı Yerusəlimə köçürmək qərarına gələnə qədər İsrail Krallığının paytaxtı 9 il Xevron idi.
İstinadlar
Kateqoriya:Fələstin şəhərləri Kateqoriya:Keçmiş paytaxtlar Kateqoriya:Səmavi dinlər Kateqoriya:İsrail şəhərləri Kateqoriya:Ziyarətgahlar