Maksim Borisoviç Medvedev (; ) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun keçmiş müdafiəçisi.

Həyatı Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim ümumilikdə millinin heyətində 81 dəfə forma geyinib.

Futbolçu karyerası

Qarabağ Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018–2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun "Zirə" ilə evdə keçirilən matçı (0:0) Medvedevin "Qarabağ"ın heyətində, ümumilikdə, 395-ci oyunu olub. 2006/2007 mövsümündə debüt etdiyi komandada indiyədək 12 qol vuran təcrübəli oyunçu Müşfiq Hüseynovun rekordunu yeniləyib. Maksim Medvedev cari mövsümün gedişində "Qarabağ"ın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu ünvanına yiyələnib. O, 268 çempionat matçına çıxan Aslan Kərimovun rekordunu yeniləyib.

2 iyun 2024-cü ildə keçirilən Azərbaycan Kubokunun finalında (Qarabağ FK-Zirə FK) futbolçu karyerasını bitirdiyini açıqladı.

Məşqçi karyerası Futbolçu karyerasını başa vuran Maksim Medvedev məşqçiliyə başlayıb. Medvedev 2024-cü ilin iyul ayında "Qarabağ"ın U-14 komandasına köməkçi məşqçi təyin edilib.

Uğurları

Klub Qarabağ Azərbaycan Kuboku Qalib (5): 2008–09, 2014–15, 2015–16, 2016–17, 2021–22 Azərbaycan Premyer Liqası Qızıl (10): 2013–14, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2018–19, 2019–20, 2021–22, 2022–23, 2023–24 Gümüş (2): 2012–13, 2020–21 Bürünc (2): 2009–10, 2010–11

Şəxsi "Qarabağ" futbol klubu "İlin ən yaxşısı" mükafatı: 2008

İstinadlar

Xarici keçidlər Maksim Medvedev — Qarabagh.com Maksim Medvedev — National-Football-Teams.com

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Bakılı futbolçular