İsa Sadıqov () — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini (1993–1995), polkovnik.
Həyatı İsa Nazar oglu Sadıqov 24 iyun 1958-ci ildə Gürcüstan Respublikasında anadan olmuşdur. 1965–1975-ci illərdə orta məktəbdə oxuyub. 1975–1979-cu illərdə Tbilisi Ali Hərbi məktəbində təhsil almışdır.
2001-ci ildən Norveçin Oslo şəhərində yaşayır. Evlidir, iki oğlu var.
Hərbi fəaliyyəti 1979–1984-cü illərdə Almaniyada xidmət etmişdir. 1984–1986-cı illərdə Gəncə diviziyasında xidmət etmişdir. 1985–1986-cı illərdə Xankəndi şəhərində hərbi xidmətdə olmuşdur. 1986–1989-cu illərdə Leninqrad Hərbi Akademiyasinda təhsil almışdır. 1989–1991-ci illərdə Çexoslovakiyada hərbi xidmətdə olmuşdur. 1991–1992-ci illarda KZAKVO, Zaqavqaziya Hərbi dairəsində xidmətdə olmuşdur.
1992-ci ildən Azərbaycan Müdafiə Nazirliyində briqada, korpus komandiri və qərb bölgəsində müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini vəzifəsində xidmət etmişdir.http://www.azadliq.inf/index.php?option=com_content&view=article&id=14165:qomonq-qrnna-aparan-yol&catid=293:syas&Itemid=457
1995-ci ildə istefa verib ordu sıralarını tərk etmişdir.
Siyasi fəaliyyəti İsa Sadıqov 5 oktyabr 2013-cü ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasına üzv olmuşdur. 2014-cü ildə 2013-cü il prezident seçkiləri ərəfəsində qurulan Demokratik Qüvvələrin Milli Şurasının üzvü olmuşdur. Haqq Ədalət Partiyasının quruluşunda iştirak etmişdir. 25 yanvar 2020-ci ildə keçirilmiş Haqq Ədalət Partiyasının Təsis Konfransında partiya İdarə Heyətinin üzvü seçilmişdir.
İstinadlar
Xarici keçidlər İsa Sadıqov: "Rusiya Azərbaycanı raketlərlə vururdu" Polkovnik İsa Sadıqov erməni nazirlə görüşü barədə yazılanlara reaksiya verdi
Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Norveç azərbaycanlıları Kateqoriya:Haqq Ədalət Partiyasının sədr müavinləri Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri