İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev () — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997)

Həyatı İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev Gürcüstanda anadan olub.

Ali təhsilini Bakıda almış, ixtisasca filoloq olan İbrahimxəlil uzun illər müəllimlik etmişdir. Hazırda Marneulidə nəşr olunan “Regionpress” qəzetinin əməkdaşıdır.

1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Dörd övladı var.

Bolnisi rayonunun Kazreti qəsəbəsində yaşayır.

Fəaliyyəti İbrahimxəlil “80-cilər” ədəbi nəslinin istedadlı nümayəndələrindəndir. Müxtəlif illərdə “Adiloğlu”, “Qanun” və “Universal” (Tbilisi) nəşriyyatlarında işıq üzü görən “Cəllad günü”, “Yar”, “Ucqar havası”, “Durna diasporu” poeziya kitablarının müəllifidir.

Yazıları "Gənclik", "Ulduz", "Azərbaycan", "Xəzər", "Şans" jurnallarında, "Gürcüstan", "Yeni Azərbaycan", "525-ci qəzet", "Kaspi", "Ədalət", "Ekspress", "Sənət" qəzetlərində, "mediaforum.az " saytında və s. dərc olunmuşdur.

İbrahimxəlilin vaqiflərə ünvanlanan zərif poetik duyğuları, özünəməxsus mövzuları, dağ havası qədər, dəniz havası qədər yaxın olan şair havası-ucqar havası həmişə ruhları və diqqətləri çəkməkdədir.

İstinadlar

Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri