The Sims — "Maxis" tərəfindən hazırlanmış və "Electronic Arts" tərəfindən 2000-ci ildə buraxılmış strateji həyat simulyasiyası videooyunudur. Oyun, "Sim" adlandırılan virtual insanların gündəlik həyat fəaliyyətlərini idarə etmək ətrafında qurulub. Oyunçu Simləri idarə edə, onların karyeralarını inkişaf etdirə, yaşayış mühitini dəyişə və digər Simlərlə münasibət qura bilər.
Oynanış The Sims oyunu, oyunçunun virtual personajların ("Simlərin") gündəlik həyatını idarə etməsinə əsaslanır. Oyunda nəhayət məqsəd yoxdur — bu, "qum qutusu" (sandbox) prinsipi ilə işləyir və oyun sonsuza qədər davam edə bilər.
Oyunçular Simlərin aşağıdakı fəaliyyətlərini idarə edə bilərlər:
Ehtiyaclarını ödəmək: Yemək, yuxu, əyləncə, gigiyena və sosial əlaqələr kimi əsas ehtiyacların qarşılanması
Karyera qurmaq: İşə getmək, vəzifə yüksəlişi qazanmaq və maaş qazanmaq
Münasibətlər qurmaq: Digər Simlərlə dostluq və romantik əlaqələr yaratmaq
Ev tikmək və bəzəmək: Qazanılan pulla ev əşyaları almaq, divarları rəngləmək və yaşayış sahəsini genişləndirmək
Simlər Simliș adlı uydurma dildə danışırlar. Onlar oyunçu komand vermədikcə müəyyən hərəkətləri avtomatik yerinə yetirə bilmir — məsələn, özləri iş tapa, evlənə və ya hesab ödəyə bilməzlər.
Oyun ərzində Simlər müxtəlif səbəblərdən ölə bilər: aclıq, boğulma, yanğın və ya elektrik şoku. Ölümdən sonra Sims qəbir daşına çevrilir və "Ölüm Mələyi" (Grim Reaper) gələrək onun ruhunu alır.
Yaradılma tarixi Oyunun yaradıcısı Vill Rayt (Will Wright), The Sims ideyasını 1991-ci ildə Oklenddə baş verən yanğın fırtınası zamanı evini itirdikdən sonra həyatını yenidən qurma təcrübəsindən ilhamlanaraq hazırlamışdır. O, "virtual oyuncaq ev" konsepsiyasını təklif etdikdə, "Maxis" rəhbərliyi əvvəlcə bu fikrə şübhə ilə yanaşsa da, sonradan oyun üçün maliyyə dəstəyi verdi.
Rayt oyunun dizaynında aşağıdakı mənbələrdən ilhamlanmışdır:
Christopher Alexander-ın "A Pattern Language" (1977) adlı şəhər dizaynı kitabı
Abraham Maslow-un ehtiyaclar iyerarxiyası nəzəriyyəsi
Scott McCloud-un "Understanding Comics" (1993) kitabı
Xarici keçidlər
Kateqoriya:2000-ci ilin videooyunları Kateqoriya:İzometrik qrafikaya malik videooyunlar Kateqoriya:Linux videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Açıq dünya oyunları Kateqoriya:Həyat simulyatorları Kateqoriya:Protaqonistlərin genderlərini seçmək imkanı yaradan videooyunlar Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Aspyr oyunları Kateqoriya:Electronic Arts oyunları Kateqoriya:Xbox videooyunları Kateqoriya:PlayStation 2 videooyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Windows videooyunları Kateqoriya:GameCube oyunları Kateqoriya:The Sims