Xoca — 2012-ci ildə çəkilmiş film.Aygün. Qafqaz Universitetində “Xoca” filmi nümayiş olunub: //Üç nöqtə. — 2013.- 9 may.- S. 13.
“Xoca” filmi faktlar əsasında lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Vahid Mustafayevdir. Baş prodüser Mir Şahin, prodüser Eyyub Danişvər, bəstəkar Yaşar Baxış, səs rejissoru Məsud Behnam, operator Afşin Əlizadə, montaj edən isə Elşad Rəhimovdur.
Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir. right|280px
Plagiat iddiası 2013-cü ildə musavat.com və minval.az saytları "Xoca" filmində 2010-cu ildə lentə alınmış "Brest qalası" filmindəki bir neçə epizodun eynilə təkrarlandığı iddia edib və bu barədə araşdırma videomaterial yayımlayıb.
Filmin baş prodüseri Mirşahin Ağayev isə bu iddiaları təkzib edib.Mirşahindən “Xoca“nı bəyənməyənlərə sərt təpki – Müsahibə Təkzibdən sonra musavat.com və minval.az saytları yeni bir açıqlama yayaraq iddialarını yenidən təkrar ediblər.
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mais Məmmədov mövzu ilə bağlı açıqlamasında həm “Brest qalası”, həm də “Xoca” filmini dəfələrlə izlədiyini, “Xoca” filminin çəkilişlərində iştirak etdiyini söyləyərək, ortada heç bir plagiatlığın olmadığını bildirib.Mais Məmmədov: ““Xoca”nın plagiat olması bu fikri səsləndirənlərin sayıqlamasıdır”
Daha sonra filmin rejissoru Vahid Mustafayev də plagiat iddiası ilə bağlı açıqlama verərək iddiaları təkzib edib.Vahid Mustafayevdən plagiat ittihamına cavab: "Onda Şekspiri də suçlayaq"
28 mart 2013-cü ildə “Brest qalası” filminin müəllifi Aleksandr Kott öz kinoəsəri ilə “Xoca” fimi arasındakı “oxşarlıq” iddialarını şərh edərkən “Xoca” filminin yaradıcılarına qarşı məhkəmə iddiası ilə çıxış etməyəcəyini açıqlayıb. Həmin gün Mais Məmmədov isə rus rejissorun "Xoca" ilə bağlı səsləndirdiyi fikirlər haqda danışmaq istəmədiyini bildirib. Sabahsı gün, 29 mart 2013-cü ildə rus rejissorun "Xoca" filmi barədə heç vaxt heç bir açıqlama vermədiyi iddia olunsa da elə həmin gün rus rejissorun açıqlamasını yayan sayt isə rejissorun həqiqətən də "Xoca" filmi ilə bağlı açıqlama verdiyi iddiasını bir daha təkrar edib və bununla bağlı "skrinşot" foto təqdim edib.
2018-ci ildə isə Minval.İnfo saytı film barədə oxşar plagiat iddiası irəli sürüb.
İstinadlar
Mənbə Mustafayev, V. Vahid Mustafayev: “Xırda adamlar böyük kinodan danışmasınlar”: [“Xoca” filminin rejissoru Vahid Mustafayevlə müsahibə] /müsahibəni apardı Sevinc Mürvətqızı //525-ci qəzet.- 2013.- 2 mart.- S.8-9.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçidlər YouTubeda izlə TVSeansda filmi izlə
Bakı Filmin rəsmi saytında — Xoca Xoca — KinoTap səhifəsi
Xoca — Trailer Vahid Mustafayev "Pen klub"un canlı efirində! "Xoca" filmi necə alınıb? «Xoca» ilə özümüzü tanıtmaq(mı?) (REAKSİYA) “ANS əsəblərimizlə oynamasın!” — Milli Qəhrəman övladından sərt təpki
Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Bədii filmlər Kateqoriya:Vahid Mustafayevin filmləri Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Xocalı soyqırımı Kateqoriya:Azərbaycanın dram filmləri Kateqoriya:2012-ci ilin Azərbaycan filmləri