Qeorq Vilhelm Rixman () – Alman əsilli Rusiya fizikidir. Elektrik hadisələri üzərində M.V.Lomonosov və Q.V.Rixmanın apardığı tədqiqat, mahiyyət etibarilə ən dəyərlidir. Bu alimlər hava hissəciklərinin müxtəlif atmosfer cərəyanları zamanı bir-birinə sürtünməsi nəticəsində elektriklən-məsini və buradan da ildırım hadisəsinin elektrik təbiətli olmasını isbat etmişlər. Lakin Qeorq Rixman təcrübə zamanı Kürəvi ildırımın zərbəsindən həlak olmuşdur. Onun ölümü zamanı M.V.Lomonosov bura gəlmiş və yerdə qara ləkənin olduğun görmüşdür. Bu hadisədən sonra bir müddət Rusiyada elektrik üzərində araşdırmaya qadağan qoyulmuşdur. Qeorq Rixman tarixdə təcrübə zamanı ölmüş ilk alimdir.

İstinadlar

Kateqoriya:Rusiya fizikləri Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Estoniyada doğulanlar Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər