Məzmun Burada müasir kənd həyatından, yeni adət və ənənələrdən söhbət açılır, bəzi köhnə fikirli adamlar tənqid olunur.

Film haqqında Film "Mosfilm" kinostudiyası nəzdində fəaliyyət göstərən "Debüt" studiyasının sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissor: Nicat Feyzullayev Ssenari müəllifi: Vladimir Fərəcov Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Bəstəkar: Azər Dadaşov Səs operatoru: Akif Nuriyev Bədii rəhbər: S.Solovyov Filmin direktoru: Nadir Əliyev

Rollarda Məcnun Hacıbəyov — Qurban kişi Dadaş Kazımov — Alı kişi Sabir Məmmədov — Rüstəm Zülfüqar Baratzadə — baş mühasib Hacı İsmayılov — məktəb direktoru Nəcibə Hüseynova — Leyla Rüxsarə Ağayeva — Gülsüm nənə

Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Dram filmləri