Donatas Montvidas (; 22 oktyabr 1987, Vilnüs, Litva) və ya səhnə adı ilə Donni Montell — Litva müğənnisi və bəstəkarı. Litvanı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində "Love is Blind" mahnısı ilə təmsil etmiş və finalda ölkəyə 70 xalla 14-cü yeri qazandırmışdır.
Donni Montell Litvanı bir daha İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində "I've Been Waiting for This Night" mahnısı ilə təmsil etmiş və ölkəsinə final mərhələsində topladığı 20 xalla 9-cu yeri qazandırmışdır.
Həyatı Donatas Montvidas Litvanın Vilnüs şəhərində anadan olmuşdur. Onun anası gimnast, atası isə "Plackartas" rok qrupunda təbilçi olaraq fəaliyyət göstərmişdir. Montvidasın böyük bacısı peşəkar rəqqasədir. Montvidas uşaq yaşlarından musiqiyə maraq göstərmişdir. O, altı yaşında ikən vokal müəllimi Donatası azyaşlı musiqiçilərin yarışması olan “Dainc dainelė” (“Mahnıların mahnısı”) yarışmasına göndərmişdir. Montvidas yarışmada ifa etdiyi "Aš kiškelis mažas" mahnısı ilə müsabiqənin laureatı olmuşdur. O, 2013-cü ildə ailə həyatı qurmuşdur və bir qızı və bir oğlu var.
Musiqi fəaliyyəti Donni Montell uşaq yaşlarından Maykl Ceksonun və rok qrupu Queen-in pərəstişkarı olmuşdur. O, həm də Freddi Merkyurinin yaradıcılığına heyran olduğunu da söyləmişdir. Montvidas eyni zamanda onun ən böyük ilham qaynağının atası olduğunu bildirmişdir.
Avroviziya Mahnı Müsabiqəsi İl Milli seçim turu Mahnı NəticəLitva milli seçim turuAvroviziya Mahnı Müsabiqəsi2009 Lietuvos Dainų Daina "From The Distance" "Dainų daina" (Rozita Çivilite ilə duet) <center> 2-ci 11–ci <center> - - 2010 Eurovizija 2010 "Running Fast"<center>Diskvalifikasiya <center> -2011 Eurovizija 2011 "Let Me""Best Friends" (Saşa Son ilə duet) <center> 5-ci10-cu <center> -- 2012 Eurovizija atranka Lietuvoje "Love Is Blind"http://4lyrics.eu/esc/2012/donny-montell-love-is-blind/ Donny Montell - Love Is Blind lyrics <center> <center> 14-cü 2016 Eurovizijos" dainų konkurso nacionalinė atranka "I've Been Waiting for This Night" <center> <center> 9-cu
Diskoqrafiya Albomlar Albom adı İl Donny Montell 2012 #BLCK 2016
Sinqllar Mahnı adı İl "Running Fast" 2010 "Leisk Mylėt" "Let Me" "Mano Vasara" 2011 "Yes or No" "Love Is Blind" 2012 "Norim Dar" "#BLCK"(featuring Echoes) 2015 "Viskas Bus Gerai" "Kas būsim rytoj" "Tai Mūsų Laikas" 2016 "Iš Proto Einu" "Don't Touch Me""I've Been Waiting for This Night""Fly" "Screw Me Up" 2017 "Move Your Body" "Nieko verta"
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Litvada doğulanlar Kateqoriya:Litva müğənniləri Kateqoriya:Litva musiqiçiləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Litvanın "Avroviziya" təmsilçiləri