Daxili qulaq () ya sümük labirint () gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - adlanır. Bunun mərkəzində bir hündürlük - vardır. Bundan aşağı və dala ilbiz pəncərəsi - yerləşmişdirki bu da ilbiz başlanğıcına açılır və özü də ikinci qulaq pərdəsi - deyilən zar ilə örtülmüşdür. Həmin hündürlüyün yuxarısında dəhliz pəncərəsi (oval pəncərə) - yerləşmişdir; bu pəncərə dəhliz labirintinə açılır və qulaq sümükcüklərindən üzəngi əsası ilə tutulmuşdur. Dəhliz pəncərəsindən yuxarı və bir qədər dala üz siniri kanalının divarı tərəfindən əmələ gəlmiş hündürlük - yerləşmişdir.

Sümük labirint Sümük labirint () bir-birilə birləşmiş bir neçə boşluqdan ibarətdir; divarları sərt sümük maddədən təşkil olmuşdur. Sümük labirint üç hissədən ibarətdir: dəhliz-, ilbiz- və üç ədəd yarımdairəvi sümük kanallar- Dəhliz labirintin mərkəzi hissəsini təşkil edir; ilbiz ondan önə və içəriyə, yarımdairəvi kanallar dala, bayır və yuxarı tərəfə yerləşir. Zarlı labirint Zarlı labirint () sümük labirintin daxilində yerləşərək, forma cəhətcə ona müvafiqdir. Burada üç yarımdairəvi axacaq, mərkəzi hissə (dəhlizə müvafiq hissə) və ilbiz axacağı ayırd edilir. Zarlı labirintin divarları yarımşəffaf birləşdirici toxuma zarından təşkil olunmuşdur və boşluğu endolimfa- deyilən şəffaf maye (limfa) ilə doludur. Zarlı labirint sümük labirintdən kiçik olduğu üçün perilimfa sahəsi- qalıe; bu da perilimfa- adlanan maye ilə doludur. Perilimfa sahəsinin divarları yastı epitel ilə örtülüdür. Zarlı labirintin mərkəzi iki hissəyə bölünür: bir qədər böyük ellipsəbənzər kisəcik- və bir qədər kişik kürəvi kisəcik-.

Həmçinin bax Menyer xəstəliyi

İstinadlar

Mənbələr İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337-338, UB-999,

Kateqoriya:Daxili qulaq Kateqoriya:Duyma orqanları Kateqoriya:Eşitmə sistemi Kateqoriya:Otologiya