The Smashing Pumpkins — 1998-ci ildə Çikaqoda yaranmış alternativ rok qrupudur.

Qrup haqqında Qrup yapon mühacir Ceyms İxa və Billi Korqanın tanışlığı nəticəsində yaranmışdır. Öz ilk duet kompozisiyalarını Çikaqaodakı polyak barında səsləndirdilər. Qrupun bəstə yazarı, vokalist və gitaristi Billi Korqandır. 2000-ci ildə dağılan qrup 2006-cı ildə üzv dəyişikliyi ilə yenidən bir ara gəlmişdir.

1993-cü ildə çıxardıqları "Siamese Dream" albomu qrupun birinci şah əsəri oldu və ABŞ-də 4 milyondan çox satdı. Bu albom Böyük Britaniyada da qrupun ən məşhur albomu oldu. 1995-ci ilin sonunda "Mellon Collie And The Infinite Sadness" albomu ABŞ-nin hit-paradlarında birinci sıraya və Böyük Britaniyada ilk dəfə üçüncü sıraya yüksəldi. Bu almob ilə qrup Qremmi mükafatına namizəd göstərilir. "Tonight" klipi MTV-nin 6 mükafatına layiq görülür. 1997-ci ildə Mett Uoker qrupdan ayrılır. The Smashing Pumpkins trioya çevrilir. 1998-ci ilin başlanğıcında Ceyms İxa "Let It Come Down" adlı solo akustik albomunu çıxardır. 1998-ci ildə Melissa Auf Der Maur qrupa gəlir. 1999-cu ildə isə D'arsi aktyor karyerasına başlamaq üçün qrupdan ayrılır.

20 mart 2009-cu il qrupun rəsmi saytında istifadəyə verildi. Djimmi Çemberlen kollektivi tərk etdi, və Billi Korqan yeni studiya albomunun üzərində işə başlamağa hazırlaşdı.

19 iyun 2012-ci il EMI Label Services şirkətinin dəstəyi ilə qrupun "Oceania" adlı yeni albomu çıxacaq.

Diskoqrafiya

Studiya albomları Gish (1991) Siamese Dream (1993) Mellon Collie and the Infinite Sadness (1995) Adore (1998) Machina/The Machines of God (2000) Machina II/The Friends & Enemies of Modern Music (2000) Zeitgeist (2007) Teargarden by Kaleidyscope (2009–present) Oceania (2012) Monuments to an Elegy (2014) Shiny and Oh So Bright, Vol. 1 / LP: No Past. No Future. No Sun. (2018) Cyr (2020) Atum: A Rock Opera in Three Acts (2023) Aghori Mhori Mei (2024)

Həmçinin bax Zwan

Xarici keçidlər Официальный сайт группы Официальный ЖЖ Билли Коргана Celestial Smashing Pumpkins site Smashing Pumpkins fan collaborative Русский сайт Smashing Pumpkins

Kateqoriya:ABŞ musiqi qrupları Kateqoriya:1988-ci ildə yaranan musiqi qrupları Kateqoriya:ABŞ rok-qrupları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Virgin Records artistləri Kateqoriya:Kvartetlər