Mustafa Cahan oğlu Əliyev () — coğrafiya elmlər doktoru, dosent, professor.

Həyatı Mustafa Cahan oğlu Əliyev 1942-ci il martın 7-də Qərbi Azərbaycanın Krasnoselo rayonu Əmirxeyir kəndində anadan olmuşdur. O, yeddillik məktəbi Çaykənd kəndində orta məktəbi isə Daşkəsən şəhərində bitirmişdir. 1958-ci ildə S.M.Kirov adına ADU-nın Geoloci-coğrafiya fakültəsinə daxil olmuş və 1963-cü ildə oranı coğrafiya – biologiya ixtisası üzrə bitirmişdir.B.Budaqov. Azərbaycanın coğrafiyaçı alimləri "Elm" nəşriyyatı Bakı 2013

Elmi fəaliyyəti

1964-1973-cü illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunda baş müəllim işləmişdir. 1971-1974-cü illər ADU-nin aspiranturasında qiyabi təhsil almışdır. 1974-cü ildən Azərbaycan Dövlət Pedoqoji Universitetində çalışmışdır. Fakültə həmkarlar təşkilatının sədri, fakültə elmi şurasının üzvü olmuşdur. 1997-ci ildən 2007-ci ilədək Ümumi coğrafiya kafedrasının müdiri vəzifəsində işləmiş, Universitet Elmi Şurasının üzvü olmuşdur. 2002-ci ildən Ümumi coğrafiya kafedrasının professoru seçilmişdir. 1988-ci ildə “Müasir ekoloji situasiya və ekoloji şüur” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1993-cü ildə dosent elmi adını almışdır. 2008-ci ildən 2011-ci ilədək bilavasitə onun səyi nəticəsində yeni yaradılmış Ekologiya kafedrasına rəhbərlik etmişdir. 2003-2011-ci illərdə Coğrafiya və Çağrışaqədər Hazırlıq fakültəsinin dekanı, AMEA Coğrafiya İnstitutu Elmi Şurasının üzvü, Coğrafiya Cəmiyyəti Rəyasət heyətinin üzvü, Coğrafiyanın tədrisi metodikası bölməsinin rəhbəri olmuşdur. B.Budaqov Azərbaycanın coğrafiyaçı alimləri "Elm" nəşriyyatı Bakı 2013

Elmi əsərləri

M.C.Əliyevin əsas elmi fəaliyyəti cəmiyyətlə təbiətin qarşılıqlı təsir problemləri, müasir ekologiya, ekoloji şüurun formalaşması, ekoloji situasiya, onun izahı kimi coğrafiyanın fəlsəfi məsələlərinə həsr olunmuşdu.Onun bu aspektdə “Elmi-texniki inqilab və insanın dünyagörüşü”, “Elmi və dini dünyagörüşü arasında ziddiyyət”, “Ekologiya və din problemləri”, “Ekoloji situasiya və ekoloji şüuara dair” adlı məqalələri “Kommunist”, “Elm və həyat”, “Təbliğatçı”, “Strategiya” jurnallarında çap olunmuşdur.

Mükafatları "Əməkdar müəllim"

Həmçinin bax Rəhman Atakişiyev Ramiz Əhlimanov

İstinadlar

Kateqoriya:Qaraqoyunluda doğulanlar