Məzmun Filmin qəhrəmanı kiçik yaşlı uşaqdır. Burada sehrbaz qara qarğanın bu uşağı küpəyə çevirməsindən, oğlanın övladsız bir ailəyə düşməsindən söhbət gedir.

Kinolentdə əməksevərlik, böyüklərə hörmət, xeyirxahlıq kimi insani keyfiyyətlər tərənnüm olunur.

Film haqqında Applikasiya filmidir.

Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.

Səhvlər Titrlər: Filmin adı "Sehirlənmiş Küpə" yazılmışdır. Doğrusu "Sehrlənmiş Küpə" olmalıdır.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov(Oktay Rəcəbov kimi) Səs operatoru: Kamal Seyidov Fon rəssamı: Faiq Məmmədov Rəssam: Zəkiyyə Mikayılova, Tınnis Saxkay, Sahibə İbadova Rejissor assistenti: Fəridə Həşimova Operator assistenti: Ziya Xəqani Montaj edən: Nisə Hacıyeva (Nisəxanım Hacıyeva kimi) Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Eldar Şirinov

Filmi səsləndirənlər Məhluqə Sadıqova — qarğa (titrlərdə yoxdur) Mirvari Novruzova — nənə (titrlərdə yoxdur) Yusif Vəliyev — baba (titrlərdə yoxdur)

Sitatlar Qarğa: Mən üç yüz ildir ki, bu dağlarda, bu çöllərdə gəzib dolaşıram. İnsanlardan heç bir yaxşılıq görməmişəm. Küpə: Bəs sən özün necə onlara kömək eləmisənmi? Qarğa: Heç dərdim yoxdu, onlara da kömək eləyəcəkdim. Hər kəs öz hayındadır.

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1979-cu ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri