1998-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 4-cü rəsmi seçkilərdir. Seçkilər 11 oktyabr 1998-ci ildə keçirilib. Seçkilərdə 3,358,465 seçici iştirak edib.
Haqqında 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasmda dördüncü dəfə keçirilən Prezident seçkiləri günü səsvermədə 3.358.465 seçici iştirak etmişdi ki, bu da seçici siyahılarında seçicilərin ümumi sayının 79, 18 faizini təşkil edirdi (Prezident seçkiləri haqqında Qanunun 53-cü maddəsinə görə, seçici siyahılarına daxil edilmiş seçicilçrin azı 25 faizi seçkilərdə iştirak etdikdə seçki baş tutmuş sayılır). Seçkilərdə iştirak etmiş seçicilərin 2.556.059 nəfəri və ya 76,11 faizi ölkə Prezidentliyinə altı namizəddən biri olan Əliyev Heydər Əlirza oğluna səs verilmişdir. Beləliklə Azərbaycan Respublikası Konstitusiyasının 101-ci məddəsinin ikinci hissəsinə uyğun olaraq H. Ə. ƏIiyev səsvermədə iştirak etmiş seçicilərin üçdə iki hissəsinini səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
1998-ci il oktyabrın 15-də Azərbaycan Respublikasmın Mərkəzi Seçki Komissiyası Prezident seçkllərinə yekun vurdu. Qanunvericiliyə əsasən seçkilərin yekun sənədləri Mərkəzi Seçki Komissiyası tərəflndən Azərbaycan Resaublikasının Konstitusiya Məhkəməsinə təqdim olundu və 1998-ci il oktyabrın 16-da Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan etdi. Oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü Prezidentin andiçmə mərasimi keçirildihttps://web.archive.org/web/20041221235339/http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1998.htm
Nəticələr +Siyasi partiyaNamizədTopladığı səsSay%+/-Yeni Azərbaycan PartiyasıHeydər Əlirza oğlu Əliyev2 556 05977.61%21.22Azərbaycan Milli İstiqlal PartiyasıEtibar Səlidar oğlu Məmmədov389 66211.83%YeniMüstəqil Azərbaycan PartiyasıNizami Süleymanov270 7098.22%—Azərbaycan Kommunist PartiyasıFirudun Şərif oğlu Həsənov29 2440.89%YeniBitərəfƏşrəf Fərəzli oğlu Mehdiyev28 8090.87%YeniAzərbaycan Sosial Rifah PartiyasıXanhüseyn Hüseynağa oğlu Kazımlı8 2540.25%YeniBütün namizədlərin əleyhinə10 9100.33Etibarlı səslərin sayı3 293 647Etibarsız səslərin sayı64 818Ümumi səslərin sayı3 358 465Seçicilərin sayı4 255 717Seçici aktivliyi: 77,39%Mənbə:
Etirazlar Azərbaycan müxalifəti, AXCP sədri Əbülfəz Elçibəy, Müsavat Partiyası başqanı İsa Qəmbər, ALP lideri Lalə Şövkət və prezidentliyə namizəd Etibar Məmmədov 9 noyabr 1998-ci ildə protokol imzalayaraq seçki nəticələrinin tanımadıqlarını elan etmişdir.
Bundan sonra ardıcıl olaraq bir neçə dəfə mitinq və yürüyüş keçirilmişdir.
Qeydlər
Mənbə AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİ: 1990, 1991, 1992, 1993, 1998, 2003. mediaforum.az IFES Election Guide | Elections: Azerbaijan Pres Oct 11 1998 lalashevket.az
İstinadlar
Kateqoriya:1998-ci ildəki hadisələr Kateqoriya:Azərbaycanda prezident seçkiləri Kateqoriya:1998-ci ildə Azərbaycan Kateqoriya:1998-ci ildə seçkilər Kateqoriya:11 oktyabrdakı hadisələr