thumb|right|Filmdən kadr Müqəddəs Yanuari əməliyyatı () — rejissor Dino Rizinin 1966-cı ildə çəkdiyi komediya filmidir. Filmin operatoru Aldo Tontidir.
Məzmun Amerikan oğru bandası İtaliyanın Neapol şəhərindəki "Müqəddəs Yanuari" qızıllarını oğurlamaq üçün bura gəlirlər. Bunun üçün oğru bandası Don Vinçentsoya müraciət edirlər. Don Vinçentso isə hal-hazırda türmədədir. Vinçentso (Toto) onları şagirdi Duduya göndərir. Dudu bu işdə onlara kömək etməyə razı olur. Onlar əməliyyat zamanı müxtəlif macəralarla qarşılaşırlar… Sonda "Müqəddəs Yanuari" qızılları Neapolda qalır.
Maraqlı faktlar Müqəddəs Yanuarinin qızıllarını oğurlamaq planı yalnız filmdə göstərilmişdir. Həyatda isə buranın qızıllarını oğurlamaq planı heç kəsin ağlına indiyə kimi gəlməmişdir. Filmdə Müqəddəs Yanuarinin qızılları oğurlanan zaman bütün Neapol şəhəri mahnıya qulaq asır. Bu zaman kadrda festivalda səslənən Peppino di Kaprinin "Ce vo tiempo", İva Zanikkinin "Ma pecché", Aurelio Fierro və Corcio Qaberin "A pizza" mahnıları eşidilir.
Mükafat 5-ci Beynəlxalq Moskva Kinofestivalı: Gümüş mükafat.
İstinadlar
Həmçinin bax Almaniya Federativ Respublikası filmlərinin siyahısı İtaliya filmlərinin siyahısı Fransa filmlərinin siyahısı
Xarici keçidlər Filmi izlə (azərbaycan dilində)
Müqəddəs Yanuari Əməliyyatı Antoniodecurtis.com Müqəddəs Yanuari Əməliyyatı Kinejun.jp Allcinema.net Online Müqəddəs Yanuari Əməliyyatı Müqəddəs Yanuari Əməliyyatı Movie-fan.jp
Kateqoriya:İtaliya filmləri Kateqoriya:Almaniya filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:İtalyanca filmlər Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:İtaliyanın komediya filmləri Kateqoriya:1966-cı ilin filmləri