Məzmun Tarixi-inqilabi film XIV əsr görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuşdur.
Qədim Şirvan torpağı-gözəl Şamaxı, şair Nəsiminin vətəni. Onun həyatı haqqında məlumatımız çox azdır. Lakin şairin şeirləri qalmışdır. Bizdən bir çox əsrlər əvvəl yaşamış şairin ürəyindəkiləri necə dərk etməli? O uzaq epoxanı necə bərpa etməli, onu bizim müasirlərimizə necə yaxınlaşdırmalı?
Nəsimi hürufiliyin banisi Nəiminin görüşlərini qəbul edərək, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. O, ömrünün son illərini Hələbdə yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək, Misir sultanının əmri və ruhanilərin fitvası ilə edam edilmişdir.
Filmdə insanı həyəcana gətirən bir çox kadrlar Nəsiminin vətəni Şamaxı şəhərində lentə alınmışdır.
Şairin zəngin yaradıcılığı və fəlsəfi baxışları barədə danışmaq üçün sənədli material kifayət qədər olmadığından filmdə bədii kino fəndlərindən də yeri gəldikcə istifadə olunmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Anar Operator: Əlihüseyn Hüseynov Bəstəkar: Əziz Əzizov Səs operatoru: Ələkbər Həsənzadə Şeir-qəzəlləri oxuyan: Həsənağa Turabov Quraşdırılmış çəkilişlərin operatoru: Həmzə Əhmədoğlu Rejissor assistenti: Elxan Qasımov
Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235–258; 377.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1971-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:İmadəddin Nəsimi haqqında filmlər