Lui Lümyer (, ) — kinematoqrafiyanın banisi. Ogüst Lümyerin doğma qardaşıdır. 1919-cu ildən etibarən Paris Elmlər Akademiyasının üzvü seçilmişdir.

Həyatı thumb|right|Lion şəhərində yerləşən Lümyer İnstitut Muzeyi Lui Lümyer 1864-cü ildə Fransanın Bezanson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra fotoqraf kimi fəaliyyət göstərmyə başlamışdır. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoapparat ixtira edir. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı.İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1896-cı ildə Lümyer qardaşları London, Nyu-York və Bombey şəhərlərinə səyahət etmişdilər.

1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. 1948-ci ildə 6 iyun tarixində Lui Lümyer vəfat etmişdir. Hər il Fransada keçirilən Ən Yaxşı Sənədli Filmə "Lui Lümyer" mükafatı verilir.

İstinadlar

Həmçinin bax Lümyer qardaşları

Xarici keçidlər

Lümyer İnstitunun rəsmi saytı Lui Lemyerin həyatı Lümyer qardaşları Lümyer qardaşlarının Sinematoqrafiyası Dünyada ilk film

Kateqoriya:Fransada doğulanlar Kateqoriya:Fransada vəfat edənlər Kateqoriya:Bezansonda doğulanlar Kateqoriya:Fransa fotoqrafları Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:Fransa kinooperatorları Kateqoriya:Fransa kinoprodüserləri Kateqoriya:Fransa ixtiraçıları Kateqoriya:Lümyer qardaşlarının filmləri