Majulah Singapura (malay dilindən tərcümədə: İrəli, Sinqapur) — Sinqapurun dövlət himni.

Sinqapurun dövlət himni ölkə bayrağı və gerbi ilə birlikdə millətin mədəni individuallığını ifadə edir.

Himn Sinqapurun milli və dörd rəsmi dilindən biri olan malay dilində oxunur.

Tarixi Himnin musiqisi və sözləri 1956-1957-ci illərdə - ölkədə millətçiliyin geniş vüsət aldığı bir dövrdə bəstələnmiş və yazılmışdır.

Himnin bəstəkarı və sözlərinin müəllifi Zubir Səid "Majulah Singapura" (İrəli, Sinqapur) şüarını əsas götürmüşdür. 1965-ci ildə Sinqapur müstəqilliyini elan edəndən sonra bu himn dövlət himni statusu almışdır.

Himnin sözləri

Malay dilində Majulah Singapura Mari kita rakyat Singapura Sama-sama menuju bahagia Cita-cita kita yang mulia Berjaya Singapura

Marilah kita bersatu Dengan semangat yang baru Semua kita berseru Majulah Singapura Majulah Singapura

Azərbaycan dilinə tərcüməsi İrəli, Sinqapur Biz, Sinqapur xalqı, Birlikdə xoşbəxtliyə doğru gedirik. Bizim nəcib arzumuzdur - Sinqapuru uğura qovuşdurmaq.

Gəlin birləşək Yeni mənəvi əsasda Və birlikdə deyək: İrəli, Sinqapur! İrəli, Sinqapur!

Xarici keçidlər YouTub'da Sinqapur dövlət himni Nationalanthems.info saytında himnin səhifəsi

Kateqoriya:Dövlət himnləri Kateqoriya:1957-ci ilin mahnıları Kateqoriya:Ölkələrinə görə himnlər