Prezident Heydər Əliyev — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC-ə (ASCO) aid olan gəmilərdən biri. Gəmi Heydər Əliyevin adını daşıyır.
Texniki göstəriciləri Gəmis Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin nəqliyyat donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur. Gəmi maye yüklərin daşınmasında istismar edilir.
Poçt markası üzərində right|thumb|200px|2008-ci ildə buraxılmış poçt markası 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 20 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Prezident Heydər Əliyev" gəmisinə həsr olunmuşdur150th Anniversary of the Caspian Shipping Company — "H. Aliyev". wnsstamps.ch 21.07.2008. Kaspian Şippinq kompaniyasının 150 illiyinə həsr olunmuş marka. azermarka.az .
Təmirdən sonra Prezident Heydər Əliyev gəmisi "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.
Gəmidə təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi təmizlənərək rənglənib. Yük anbarlarında və ballast çənlərində gövdə-qaynaq işləri görülüb. Boru işləri yerinə yetirilib. Eyni zamanda köməkçi mühərriklər, boru sistemləri, mexanizmləri təmir olunub, yeni nasoslar quraşdırılıb. Gəmi üzrə elektrik-quraşdırma və avtomatika, eləcə də gövdə-qaynaq işləri yerinə yetirilib.
Bununla yanaşı, "Prezident Heydər Əliyev" gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanda su nəqliyyatı Kateqoriya:Azərbaycan gəmiləri Kateqoriya:Heydər Əliyev irsi Kateqoriya:Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Kateqoriya:Heydər Əliyevin şərəfinə adlandırılmış obyektlər