Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti — Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə yaradılan dövlət orqanı.

Dövlət Miqrasiya Xidmətinin rəisi 24 aprel 2018-ci ildən Vüsal Hüseynovdur.

Tarixi thumb|right|Dövlət Miqrasiya Xidmətinə məxsus avtomobil.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq Dövlət Miqrasiya Xidməti yaradılıb.

Vəzifələri Azərbaycan Prezidentinin 20 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamənin III maddəsində Dövlət Miqrasiya Xidmətinin vəzifələri göstərilib.

Rəhbərləri Arzu Yusif oğlu Rəhimov (30 aprel 2007 – 14 fevral 2012) Firudin Hilal oğlu Nəbiyev (14 fevral 2012 – 23 aprel 2018) Vüsal Əfqan oğlu Hüseynov (23 aprel 2018 – )

Həmçinin bax Azərbaycanın miqrasiya siyasəti

İstinadlar