Ermənistan Demokratik Respublikası (), bəzi mənbələrdə Birinci Ermənistan Respublikası və ya Ararat Respublikası — 1918–1920-ci illərdə mövcud olmuş erməni dövləti. Ermənistan Demokratik Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra Daşnaksütun təşkilatının liderləri tərəfindən yaradılmışdır. Ermənistan Demokratik Respublikası fəaliyyət göstərdiyi 2 il ərzində, daim öz ərazilərini qonşu dövlətlərin ərazisini qəsb yolu ilə genişləndirmək siyasəti yürütmüşdür. Bu respublika yarandığı gündən süqut etdiyi günə kimi demək olar ki, bütün qonşularına qarşı torpaq iddiaları ilə çıxış edirdi. Ərazi iddialarının nəticəsi olaraq mövcud olduğu iki il ərzində Ermənistan qonşuları olan Azərbaycan, Türkiyə və Gürcüstan ilə hərbi münaqişələr yaşamışdır. 29 noyabr 1920-ci ildə Qızıl Ordu birliklərinin İrəvan şəhərinə daxil olması ilə Ermənistan Demokratik Respublikasının fəaliyyətinə son qoyulmuşdur.
thumb|1918–1920-ci illərdə Ermənistan Demokratik Respublikasının iddia etdiyi ərazilər
Parlament thumb|right|240px|Ermənistan Demokratik Respublikası hökumətinin yerləşdiyi bina (İrəvan şəhəri)
İstinadlar
Həmçinin bax Gürcüstan Demokratik Respublikası Azərbaycan Xalq Cümhuriyyəti
Xarici keçidlər Délégation de la République arménienne à la Conférence de la. Paix (1920) Армянская республика
Vasif Qafarov. Ermənistanın təşəkkülü və İrəvanın ermənilərə verilməsi məsələsi. 3 hissədə. Respublika qəzeti. 2 , 5 və 8 iyun 2019-cu il tarixli buraxılışlarda. Şükürov Kərim. Osmanlı imperiyası və erməni dövlətinin yaradılması (1918-1920). Osmanlı arxiv sənədləri və mətbuatı üzrə. Bakı, TEAS press, 2023, 874 s.
Kateqoriya:Ermənistan tarixi Kateqoriya:1918-ci ildə yarananlar Kateqoriya:1920-ci ildə ləğv olunanlar Kateqoriya:Ermənistan Demokratik Respublikası Kateqoriya:Erməni milliyətçiliyi Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:SSRİ tarixi Kateqoriya:XX əsrdə Ermənistan