Ərşad Əzimzadə () — Azərbaycan yazıçı-jurnalisti, təbii üsullarla müalicə üzrə mütəxəssis, "Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri.
Həyatı Ərşad Mütəllim oğlu Əzimzadə 1934-cü ildə (özünün dediyinə görə avqust ayının ortalarında) Zəngilan rayonunun Seyidlər kəndində anadan olub . Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun illər "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakinski raboçi" və "Azərbaycan" qəzetlərinin müxbiri vəzifəsində çalışıb. Düz 30 il (1965–1995) 8 ağır xəstəlikdən (Poliartrit, "Bexteryev" xəstəliyi, Mədə xorası, Stenokordiya, Hipotoniya, Yaxınıgörmə, Sinir sistemi pozulması, Şəkərli diabet) əzab çəkib, 40 yaşında (1976) iş qabiliyyətini tamam itirərək, 1-ci qrup əlil kimi pensiyaya çıxıb. 60 yaşına çatdıqdan sonra Ümumdünya Natural Gigiyena hərəkatı karifeylərinin (Herbert Şelton, Katsuzo Nişi, Pol Breqq, Norman Uoker, Laynus Polinq, Abram Zalmanov, Uilyam Beyts və s.) əsərlərini oxuyaraq, qısa müddətdə özünü təbii üsullarla müalicə edib, sağlamlığını qaytarıb və məşhur "Möcüzəsiz möcüzə" kitabını yazıb.
Yaradıcılığı Bir neçə bədii və elmi-publisistik əsərin müəllifidir. Hazırda sağlamlıq problemləri ilə bağlı yeni əsərlər üzərində çalışır. Görkəmli maarifpərvər alim və ictimai xadim Həsən bəy Zərdabinin maarifləndirmə işini davam etdirən Ə. Əzimzadə əhalinin səhiyyə mədəniyyətini, xüsusilə də qida mədəniyyətini yüksəltmək üçün var gücü ilə çalışır, respublikada Sağlam Həyat Tərzi haqqında Qanun qəbul olunması uğrunda mübarizə aparır.
Kitabları Arandan gələn adam. Povest. Bakı: Gənclik, 1991. 232 s. Möcüzəsiz möcüzə. Elmi-publisistik əsər. Heç vaxt xəstələnməmək, xəstələndikdə isə dava-dərmansız sağalmaq mümkündürmü? Dünyanın bütün naturopat alimlərinin cavabı birmənalıdır: bəli, mümkündür! Bakı: 1996. II nəşr: Bakı, İnci, 2009. 272 s. III nəşr: Bakı, Şərq-Qərb, 2017. 360, s. V nəşr: Bakı, İZƏ, 2020. 312 s. Rədd olsun eynəklər! . Göz nurunu özün qaytara bilərsən. Elmi-publisistik əsər. Naxçıvan: Əcəmi, 2012 Dərd əlindən havalandım. Poetik düşüncələr. Bakı: Elm və təhsil, 2019. 242, s Tanrıya sualım var. Poetik düşüncələr. Bakı: Elm və təhsil, 2019. 223, s. Bizi yaşadan da qidadır, öldürən də. Elmi-publisistik əsər. Bakı: İZƏ, 2021. 400 s. Ağatlı oğlan. Roman. Bakı: 2021. Xoşbəxt ailə düstürü. Gənc qızlar və oğlanlar üçün bələdçi. Bakı: İZƏ, 2021. 264 s. Sunami. Roman. Bakı: İZƏ, 2023. 560 s. Cəhənnəmdən cənnətə bir addımdır. Sağlam həyat tərzinə mərhələli keçid metodu. Bakı: İZƏ, 2023. Nekroloq yaxud cəhalətin növbəti qurbanı. Bakı: 2023. Əsrin bəlası. Mif və həqiqətlər. Bakı: 2024.
Xarici keçidlər Ərşad Əzimzadənin 90 illiyi qeyd olunub — youtube.com Xərçəngi müalicə edən möcüzəvi kitab — Ərşad Əzimzadənin kitab təqdimatı — youtube.com Ərşad Əzimzadə: dərman zəhər, dərmanla müalicə cinayətdir — youtube.com
İstinadlar Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər