Məzmunu Kinolentdə öz əzəli torpaqlarından, yurd-yuvalarından erməni daşnaqlarının vəhşicəsinə qovduğu, didərgin salqığı, öz vətənində qaçqına çevrilmiş, vətənsiz qalmış yüz minlərlə azərbaycanlının acı taleyindən danışılır.

Filmdə 1948-ci ildə həmyerlilərimizin Ermənistandan həyasızcasına qovulmasını, lakin Azərbaycanda təntənə ilə, gül-çiçəklə, "sevinc"lə qarşılanmasını əks etdirən nadir xronikal kadrlardan da istifadə olunmuşdur.

Festivallar və mükafatlar 1)1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə rejissor Cahangir Zeynallıya Diplom və Priz verilmişdir.

Film haqqında Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Cahangir Zeynallı Operator: Tofiq Sultanov Səs operatoru: Kamal Seyidov

Sponsor "Azərkinovideo" İB

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1994-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Tarixi filmlər