Kədərimiz… Vüqarımız… — 1998-ci il Azərbaycan istehsalı bioqrafik və musiqili janrında film.
Məzmun 1994-cü il martın 19-da Bakı metropoliteninin "20 Yanvar" stansiyasında keçirilmiş terror aktı nəticəsində Azərbaycanın xalq artisti bəstəkar Rafiq Babayev həlak olmuşdur.
Film musiqi sənətimizin görkəmli xadimi, Azərbaycanın xalq artisti, gözəl caz və estrada bəstəkarı, oranjımançı Rafiq Babayevin xatirəsinə həsr olunmuşdur.
Film-düşüncə həyatdan vaxtsız, faciəvi şəkildə getmiş bir sənət adamının həyat yoluna, ürəkləri fəth edən gözəl musiqisinə nəzər salır. Yaxın dostları, musiqini dərindən bilən adamlar onun haqqında xatirələrini söyləyir.
Rafiq Babayev yaradıcılığının çiçəkləndiyi dövrdə həyatı tərk etdi. Lakin nə qədər ki, bu gözəl musiqiçinin əsərləri səslənir o, bizimlədir. Bu mənada filmin proloqu və epiloqu rəmzi məna daşıyır.
Film haqqında Filmdə Rafiq Babayevin musiqisindən və vokalizindən istifadə olunmuşdur.
Filmdə "Gecə söhbəti", "1001-ci qastrol", "Rəşid Behbudov", "Bir axşam…" (titrlərdə yoxdur), "Şeytan göz qabağında" (titrlərdə yoxdur), "Gümüşü furqon" (titrlərdə yoxdur) filmlərindəki kadrlardan istifadə olunmuşdur.
Filmdə Azərbaycan kino-foto arxivindəki materiallardan istifadə olunmuşdur.
Filmdə təsvirlə musiqi bir-birini tamamlayır.
Filmdə diktor mətni yoxdur.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifləri: Oqtay Mirqasımov, Cəmil Quliyev Rejissor: Cəmil Quliyev Operator: Nizami Abbas Səs operatoru: Əsəd Əsədov Montaj: Tahirə Babayeva Redaktor: Svetlana İsmayılova İcraçı prodüser: Xanlar Cəfərov
Filmdə iştirak edənlər Tofiq Quliyev Fərhad Bədəlbəyli Fəridə Babayeva Səyavuş Kərimi Oqtay Mirqasımov Mübariz Tağıyev Cəmil Əmirov
Arxiv kadrlarda iştirak edənlər Rafiq Babayev (titrlərdə yoxdur) Rəşid Behbudov (titrlərdə yoxdur) Cavan Zeynallı (titrlərdə yoxdur) Əzizə Mustafazadə (titrlərdə yoxdur) Vasif Adıgözəlov (titrlərdə yoxdur) Fidan Qasımova (titrlərdə yoxdur) Xuraman Qasımova (titrlərdə yoxdur) Rafiq Hüseynov (şəkil) (titrlərdə yoxdur)
Çəkilişə kömək edənlər Eldar Quliyev (kino və foto materialları ilə) Rafiq Qəmbərov (kino və foto materialları ilə)
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 354–355.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:Rafiq Babayev haqqında filmlər Kateqoriya:1998-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Musiqili filmlər Kateqoriya:"Yaddaş" Studiyası