Ləmbəli və ya Baqrataşen (, Bagratašen; , Bagrathasheni) — Ermənistan Respublikasının Tavuş mərzinin Noyemberyan bələdiyyəsində kənd. Kənd Gürcüstanla sərhədə yaxın, Gürcüstanın Sadaxlı kəndi isə sərhədin digər tərəfində yerləşir. Kənd Debed (Tona) çayının sağ sahilində, Ermənistan-Gürcüstan sərhəddinə yaxın ərazidə yerləşir. Baqrataşen Ermənistanın ən şimal yaşayış məntəqəsidir.
Tarixi Bu yer "Ermənistan"ın şimalında sonuncu nöqtədir. Dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən, dərəli-təpəli, dağlı-düzlü yerdir.
Erməni mənbələrində "Ləmbəli qyuğ" formasında qeyd edilirQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.98.
Toponim "rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili" mənasında işlənən ləmƏzizov E. İ. Söz xəzinəsi. Söz haqqında araşdırmalar, Bakı,"Maarif", 1995, s.16 və "düzənlik, açıqlıq, açıq yer", "geniş düzənlik" mənasında işlənən pila//pala (> bəli) sözlərininРадлов В. В. Опыт словарья тюркских наречий, т.l, ч. 1–2, СПб, 1893, 1914 стр.; т ll, ч.1–2, СПб, 1899, 1814 стр. т lll, ч.1–2, СПб, 1905, 2204 стр.; т.lV, ч. 1–2, СПб, 1911, — IV (2), s.1162 birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir.
İqlimi Qışı mülayim-orta temperaturu +50 °C, yayı nisbətən isti –orta temperaturu +300C-dirO CÜMLƏDƏN BİZİM ULU LƏMBƏLİ .
Əhalisi Kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914-cü ildə 493 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.89, 98–99. 1915-ci ildən sonra azərbaycanlılar ermənilərin təcavüzünün nəticəsində tarixi-etnik torpaqlarından qovulmuşlar. İndiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri qayıda bilmişlər. 1922-ci ildə 783 nəfər, 1926-cı ildə 857 nəfər, 1931-ci ildə 1034 nəfərQorqodyan Z. 18311931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.89, 98–99, 1939-cu ildə 1289Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986, s.535 nəfər azərbaycanlı yaşamışdır.
1948–1949-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. Ləmbəlilər bu haqsızlığa qarşı çıxmış, apardıqları mübarizə nəticəsində onlar geri — öz kəndlərinə qayıtmışlar. 1959-cu ildə burada 1151nəfər, 1970-ci ildə 2000 nəfərHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986, s.535, 1987-ci ildə 1500-dən çoxErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995, s.331 azərbaycanlı yaşamışdır, lakin "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti" kitabında kəndin azərbaycanlı əhalisi ermənilər kimi göstərilmişdirHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986, s.535. 1988-ci ildə azərbaycanlılar qovulmuş, kənddə ermənilər yerləşdirilmişdir.
Görkəmli şəxsiyyətləri İnsanov Əli Binnət oğlu — həkim, Azərbaycanın keçmiş səhiyyə naziri. Səfalı Nəzərli — Respublika "Qızıl qələm" mükafatı laureatı, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2007-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü Cavad Həkimli — II Dünya Müharibəsinin iştirakçısı, İtaliya və Yuqoslaviya azadlıq hərəkatının qəhrəmanı, "Ruskaya Çeta" rotasının rəhbəri.
İstinadlar
Kateqoriya:Loru kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri Kateqoriya:Tavuş mərzinin yaşayış məntəqələri