Məzmun Kinolentdə susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin törətdiyi bədxah əməllərdən danışılır.
Film-nağıl xeyirlə şərin əbədi mübarizəsindən, son nəticədə Xeyirin qələbə çalmasından, yaxşılığın, xeyirxahlığın qüdrətindən bəhs edir.
Film haqqında Applikasiya filmidir.
Film Nizami Gəncəvinin "Yeddi Gözəl" poemasından bir nağılın motivləri əsasında çəkilmişdir.
Kinolent böyüklər üçün nəzərdə tutulmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Nizami Gəncəvi Ssenari müəllifi: Ədhəm Qulubəyov Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Kamal Seyidov Mətni oxuyan: Həsənağa Turabov Rəssam: N.Ağayeva, Cəvahir Quliyeva, V.Bessarabova, Y.Melkumova, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Sahibə İbadova, Vaqif Məmmədov, Hüseyn Cavid İsmayılov Montaj edən: Lidiya Vyalsova Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Y.Uznadze Redaktor: D.Tahirova Filmin direktoru: T.Həmidov
Sitatlar İncimə, ey hökmdar Eşit, sənə sözüm var Dünyanın nə varında, nə pulunda gözüm var. Min-min güllər içində bircə gülüm var mənim Sənin qızın bacımdır, öz sevgilim var mənim
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Xarici keçid Filmi izlə
Həmçinin bax Xeyir və Şər (balet)
Kateqoriya:1980-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Azərbaycan cizgi filmləri