Benua Pulvord ( ) komediya aktyoru, yazıçı və ssenaristdir.

Həyatı Anası satıcı, atası isə sürücü olan Puelvoorde atasını uşaq yaşlarında itirib. İbtidai təhsilini Godinne İsa Məsih adına ibtidai məktəbində almış, amma 17 yaşında təhsilini yarımçıq qoyaraq buradan ayrılmışdır. Təhsilini Félicien Rops Texniki İnstitutunda davam etdirmişdir. Burada o Rémy Belvaux ilə tanış olmuşdur. Ali təhsili müddətində teatra olan həvəsi və atipik tərcümə qabiliyyəti ilə seçilən aktyor həmçinin özündə fotoqraflıq, qrafik dizayn bacarıqlarını inkişaf etdirmişdir. Bu bacarıqlarını Brüsseldə "École de recherche graphique" şirkətində daha da təkmilləşdirən aktyor 1988-ci ildə ilk qısa metrajlı filmində çəkildi.

Karyera 1992-ci ildə aktyor həmkarları Delvaux və Bonzel ilə birlikdə ilk tam metrajlı filmini təqdim etdi. Film tərcümədə "Insan iti dişlərir" (Man Bites Dog — C'est arrivé près de chez vous) adlanır. Bu film tələbələrin buraxılış işi olaraq hazırlanmasına baxmayaraq çox böyük maraqla qarşılandı və həmin il Belçika Film Kritikləri Assosiasiyasının André Cavens mükafatına layiq görüldü. Belçika Film Kritikləri Assosiasiyası 1992-ci il mükafatı Karyerasını telekanalların film istehsalında davam etdirən aktyor 1990cı illərdə Canal±un sponsorluğu ilə çəkilən "Les Randonneurs", "Le Boulet", "Podium" kimi Fransız filmlərində rol aldı və bu onu Fransa və Belçikada daha da məşhurlaşdırdı.2001-ci ildən komediya sahəsində fəaliyyətini davam etdirən aktyor "Le Vélo de Ghislain Lambert" komediyasında baş rolu ifa etdi. Nəticədə 2002-ci ildə "Jean Garbin" mükafatına layiq görüldü. Bu uğuru onun kritiklər arasında rəğbətini artırdı. 2004-cü ildə Quentin Tarantinonun təklifi ilə Kann Festivalının jüri heyətində yer aldı. Aktyoru dünya səviyyəsində məşhurlaşdıran filmi isə "Astérix aux Jeux olympiques"(Asteriks Olimpiya oyunlarında) oldu. Bu filmdə yaratdığı həm özündən razı, həm bədbəxt şəxs obrazı onu daha da məşhurlaşdırdı. Amma bu aktyorun yalnız komediya sahəsində fəaliyyəti ilə nəticələnmədi. Növbəti ildə çəkilən "Coco" filmində canlandırdığı Balsan obrazı ilə aktyorluq məharətini bir daha ortaya qoyan aktyor bunun davamı olaraq bir çox komdiya və digər janrlarda olan filmlərdə çəkildi.

Filmoqrafiya İl Filmin adı Rol Filmin direktoru1992C'est arrivé près de chez vous (İnsan iti dişləyir) İnsan iti dişləyir | IMDBBenRémy Belvaux və André Bonzel1997Pour rire ("Just for Laughs") (Günahsız insan) Günahsız insan | IMDBGünahsızLucas Belvaux1997Les Randonneurs Les Randonneurs | IMDBÉricPhilippe Harel1998Les convoyeurs attendent Les convoyeurs attendent | IMDBRoger (ata)Benoît Mariage2001Le Vélo de Ghislain Lambert (Ghislain Lambertin velosipedi) Ghislain Lambertin velosipedi | IMDBGhislain LambertPhilippe Harel2002Le Boulet (Ölü yük) Ölü yük | IMDBFrancis ReggioAlain Berberian2003Rire et Châtiment (Gülmək və ağlamaq) Gülmək və ağlamaq | IMDBilkin tibbi yardım mütəxəssisiIsabelle Doval2004Podium (Podium) Podium | IMDBBernard FrédéricYann Moix2004Atomik Circus, le retour de James Bataille (James Bataillenin qayıdışı) James Bataillenin qayıdışı | IMDBAllan ChiasseDidier Poiraud və Thierry Poiraud2004Narco(Gustave Kloppun macəraları) Gustave Kloppun macəraları | IMDBLenny BarTristan Aurouet və Gilles Lellouche2005Akoibon Akoibon | IMDBJean-MiÉdouard Baer2005Entre ses mains Entre ses mains | IMDBLaurent KesslerAnne Fontaine2006Jean-Philippe Jean-Philippe | IMDBBernard Frédéric (özü)Laurent Tuel2006Selon Charlie (Charlie deyir) Charlie deyir | IMDBJossNicole Garcia2008Asterix at the Olympic Games (Asterix olimpiya oyunlarında) Asterix olimpiya oyunlarında | IMDBBrutusThomas Langmann və Frédéric Forestier2008Louise Hires a Contract Killer (Luis Maykl) Luis Maykl | IMDBMühəndisGustave Kervern və Benoît Delépine2009La Guerre des missFranck ChevrelPatrice Leconte2009Coco avant Chanel (Koko Şaneldən öncə) Koko Şaneldən öncə | IMDBAnne FontaineÉtienne Balsan2009Bancs publics Bancs publics | IMDBMüştəriBruno Podalydès2010L'Autre Dumas (Düma) Düma | IMDBAuguste MaquetSafy Nebbou2010Mammuth Mammuth | IMDBrəqibBenoît Delépine və Gustave Kervern2010Les Émotifs anonymes (Anonim romantika) Anonim romantika | IMDBJean-René Van Den HugdeJean-Pierre Améris2010Kill Me Please (Zəhmət olmasa öldür məni) Zəhmət olmasa öldür məni | IMDBMonsieur DemanetOlias Barco2011Rien à déclarer (Deməyə heç nə yoxdur) Deməyə heç nə yoxdur | IMDBRuben VandevoordeDany Boon2011Mon pire cauchemar (Mənim ən qorxulu kabusum) Mənim ən qorxulu kabusum | IMDBPatrickAnne Fontaine2012Le grand soir Le grand soir | IMDBBenoît Savelli — "Not"Gustave Kervern və Benoît Delépine2013Une histoire d'amour Une histoire d'amour | IMDBBankirHélène Fillières2014Three Hearts (Üç ürək) Üç ürək | IMDBBenoît Jacquot2014La rançon de la gloire La rançon de la gloire | IMDBEddiXavier Beauvois

Xarici keçidlər

Rəsmi veb səhifəsi

İstinadlar

Kateqoriya:Belçika aktyorları