Vasili Kolçak () —Rusiya hərbçisi, Krım müharibəsi iştirakçısı.
Həyatı İlyas paşanın nəvəsi ştabs-kapitan Vasili Kolçak Kırım müharibəsində iştirak edir. Sevastopolun (keçmiş adı Aktıyar) müdafiəsində dayanır. 1893-cü ildə general-mayor rütbəsində istefaya çıxır. Əslən kazak olan Olqa İlina adlı qızla evlənir. Gələcəyin admiralı Aleksandr Kolçak onların yeganə oğlu idi. Kolçaka bəlkə də hərb işinə sevgi ulu babası olan türk qalasının rəisi İlyas paşadan keçmişdi.
Hər kəs onda şərq qanı qaynadığını xüsusilə göstərirdi. Sonralar isə düşmənləri onun Sibir diktatoru seçilərkən əslən türk olduğunu birdən-birə yada salıb qabardırdılar.
İstinadlar
Kateqoriya:Rusiya hərbçiləri Kateqoriya:Rusiya imperiyası generalları Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər