Müqəddəs Ecazkar Nikolay kilsəsi — 1897–1905-ci illər arasında Qazax şəhərində tikilmiş pravoslav kilsəsi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsəsinin binası bərpa olunub. Qazaxda pravoslav icmasının olmamasına görə kilsə dini məbəd kimi fəaliyyət göstərmir.

Haqqında Müqəddəs Ecazkar Nikolay kilsəsi 1897–1905-ci illər arasında Qazax şəhərində tikilib. Kilsə qırmızı kərpicdən hörülüb və üzərində kərpicdən naxışlar var. Divar sütunlarının qalınlığı təxminən 40–50 sm ölçüyə malikdir. Kilsənin pəncərələri və pəncərəüstü arkaları xaç formasındadır.

Sovet işğalından sonra 1928-ci ildə Azərbaycanda rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Qazax şəhərində yerləşən pravoslav kilsəsi də bu dövrdə fəaliyyətini dayandırıb və kilsənin binasından anbar kimi istifadə olunub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsəsinin binası bərpa olunub. Qazaxda pravoslav icmasının olmamasına görə kilsə dini məbəd kimi fəaliyyət göstərmir.

2024-cü ilin sentyabr ayında sovet işğalından sonra ilk dəfə kilsədə İlahi Liturgiya keçirilib. İbadətə Gəncə şəhəri Aleksandr Nevski kilsəsinin baş keşişi Varfolomey Sotnikov başçılıq edib. Liturgiyada Gəncə və Ağstafa şəhərlərindən gələn zəvvarlar dua ediblər.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Qazax abidələri Kateqoriya:Azərbaycandakı pravoslav kilsələri