Yaqub Allahqulu oğlu Quliyev () — SSRİ süvari hərbi xadimi, general-mayor (11 fevral 1942-ci il). Tarixçi Ayro Sarkisovun məlumatına görə, o, Böyük Vətən müharibəsi dövründə bu rütbəyə layiq görülmüş ilk azərbaycanlı general hesab olunur. Türküstanda antisovet silahlı hərəkatına qarşı mübarizənin və Böyük Vətən müharibəsinin fəal iştirakçısı olmuşdur. Türkmənistan SSR-in "Qırmızı Əmək Bayrağı" ordeni, iki "Qırmızı Bayraq" ordeni və vəfatından sonra "Lenin" ordeni ilə təltif edilmişdir.
Həyatı
Erkən illəri 25 yanvar 1900-cü ildə Rusiya imperiyasının Yelizavetpol quberniyasının Şuşa şəhərində (indiki Azərbaycan) Allahqulu və Züleyxa Quliyevlərin ailəsində anadan olmuşdur. Altı aylıq olarkən Türkmənistana aparılmış və orada böyümüşdür. Belə ki, erməni-türk qırğınının dəhşətlərindən xilas olmaq və daha yaxşı həyat axtarışı ilə Quliyevin valideynləri Zakaspiysk vilayətinə köçmüşdülər. Ailə əvvəlcə Mərv şəhərində məskunlaşmış, daha sonra isə Quliyevin qardaşı Qulamın və bacısı Bədsabahın anadan olduğu Yolötənə köçmüşdür.
Azərbaycanlı tədqiqatçı Şəmistan Nəzirlinin bildirdiyinə görə, Quliyev milliyətcə azərbaycanlıdır.Мадатов Г. А. Азербайджан в Великой Отечественной войне Советского Союза. Элм, 1975. с. 84.Şəmistan Nəzirli: "Yaqub Quliyev əslində şuşalı və azərbaycanlıdır"Саркисов А. А. Военный талант народа // Известия АН АзССР. Сер. истории, философии и права. — 1975. — № 2. — С. 46. Bəzi mənbələrə, o cümlədən iki təltif vərəqəsinə əsasən, milliyyətcə ləzgidir.Я. К. Кулиев родился в 1900 году, лезгин. Nəzirlinin fikrincə, buna həm digər arxiv sənədləri, həm də 1900-cü ildə Şuşada ləzgilərin yaşamaması dəlalət edir. Nəzirli generalın Gəncədə yaşayan bacısıqızı Xədicə Abbasova ilə görüşdüyünü və onun ləzgi olmadıqlarını bildirdiyini qeyd edir. Nəzirlinin sözlərinə görə, Yaqub Quliyevin milliyyətcə azərbaycanlı olması haqqında türkmən tarixçi Roza Bazarova da öz monoqrafiyasında yazmış, həmin əsərdən bir hissə 25 yanvar 1970-ci il tarixli "Ədəbiyyat və sənət" qəzetində dərc olunmuşdur. Yaqub Quliyevin bacısının nəvəsi Həbib Abbasovun sözlərinə görə, Quliyevin həm atası, həm də anası azərbaycanlı olmuşdur. Yaqub Quliyevin doğma qardaşı Qulam Quliyevin təltif vərəqəsində onun milliyyətcə azərbaycanlı olduğu göstərilmişdir. Yaqub Quliyevin azərbaycanlı olması barədə tarix elmləri namizədi Ayro Sarkisov və tarix elmləri doktoru Qaraş Mədətov da yazmışdılar.В боях под Москвой зимой 1941–1944 гг. отличился и военачальник азербайджанец командир Сводной кавалерийской группы полковник Якуб Кулиев. 1980-ci il tarixli "Bakinski raboçi" qəzetində Yaqub Quliyev "iki xalqın — azərbaycanlı və türkmən xalqlarının rəşadətli oğlu" adlandırılmışdır.
Yaqub Quliyev və tezliklə onun qardaşı rus-yerli məktəbinə getməyə başlamışdılar. Məktəbə daxil olarkən Yaqub və qardaşı Qulam türkmən və Azərbaycan dillərində danışır, rus dilini isə zəif bilirdilər. Bu, ilk vaxtlar qardaşların təhsil almasını çətinləşdirirdi. 1916-cı ildə Quliyevin atası vəfat etmişdir. Bir qədər əvvəl isə onun övladı olmayan dayısı Zeynal bacısını Qafqaza aparmışdır. 1919-cu ildən Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının üzvü olmuşdur.
1942-ci ilin dekabr ayında altmış birinci süvari diviziyasının ön döyüş xəttində qəhrəmanlıqla vuruşan general-mayor Yaqub Quliyev Stalinqrad ətrafı döyüşlərin birində ölümcül yaralandı. Həlak olandan sonra Lenin ordeni ilə təltif olundu
Vətəndaş müharibəsi 1917-ci ilin dekabrından Qırmızı qvardiya sıralarında Mərv şəhərinin (hazırda Marı) sovet departamenti nəzdindəki Sosialist briqadasının döyüşçüsü olmuşdur. 1918-ci ilin yazından etibarən könüllü olaraq Qırmızı Ordu sıralarında hərbi xidmətə başlamışdır. Vətəndaş müharibəsinin və Türküstanda sovet hakimiyyətinin bərqərar olunmasının fəal iştirakçısı olmuşdur. 1918-ci ilin avqustundan 1920-ci ilin fevralınadək Zakaspiysk cəbhəsinin qoşunları tərkibində qırmızıorduçu kimi xidmət etmiş və döyüş yaralanmaları almışdır. 1920-ci ildə 1-ci Türkistan atıcı diviziyasının Xüsusi süvari divizionunun taqım komandiri vəzifəsinə təyin edilməklə qırmızı komandir rütbəsinə layiq görülmüşdür.
1921–1924 və 1929–1931-ci illərdə basmaçılığa qarşı mübarizədə, xüsusən də 1931-ci ilin aprelin sonu – mayın əvvəlində Qaraqum səhrasındakı Qızıl-Qatı quyusu yaxınlığında Murad Əli xanın dəstəsinin darmadağın edilməsi əməliyyatında iştirak etmişdir. Döyüş əməliyyatları zamanı göstərdiyi şücaətə görə Türkmənistan SSR-in "Qırmızı Əmək Bayrağı" ordeni, Türkmənistan SSR MİK-in Fəxri fərmanı, habelə SSRİ İnqilabi Hərbi Şurası və Orta Asiya Hərbi Dairəsinin Hərbi Şurası tərəfindən qiymətli hədiyyələrlə təltif edilmişdir. Bundan əlavə, üç dəfə RSFSR-in "Qırmızı Bayraq" ordeni ilə təltif olunmağa təqdim edilsə də, yuxarı qərargahlar tərəfindən bu təqdimatlar reallaşdırılmamışdır.
Təxminən 1920-ci illərin ikinci yarısından 1933-cü ilə qədər Orta Asiya Hərbi Dairəsinin 4-cü Türkmənistan xüsusi süvari briqadasının (27 sentyabr 1932-ci ildən — 4-cü Türkmənistan dağ-süvari diviziyası) 2-ci Türkmənistan süvari alayında hərbi xidmət keçmişdir. O, 1927-ci ildən 2-ci süvari eskadronunun komandiri kimi fəaliyyət göstərmiş, 1929–1932-ci illərdə kiçik komandir heyəti alay məktəbinin rəisi, 1932–1933-cü illərdə isə alay qərargahının rəisi vəzifələrini icra etmişdir.
Daha sonra, 1933–1936-cı illərdə M. V. Frunze adına Hərbi Akademiyanın əyani şöbəsində təhsil alaraq oranı 1-ci dərəcəli diplomla bitirmişdir. Eyni dövrdə komandir-rəis heyətinin yenidən attestasiyadan keçirilməsi qaydasında ona kapitan rütbəsi verilmişdir.
1936-cı ildən 1938-ci ilin oktyabrınadək Orta Asiya Hərbi Dairəsinin 18-ci Türkmənistan dağ-süvari diviziyasının (Türkmənistan SSR-in Marı şəhərindəki hərbi qarnizon) qərargahında məsul vəzifələrdə çalışan hərbçiyə bu dövrdə mayor rütbəsi verilmişdir. O, 1936-cı ildən 1937-ci ilin dekabrınadək diviziya qərargahının 1-ci (əvəzedici) şöbəsinin rəisi olmuş, eyni zamanda 25-ci dağ-süvari alayının komandiri vəzifəsini müvəqqəti icra etmişdir. 1937-ci ilin dekabrından 1938-ci ilin oktyabrınadək isə həmin birləşmənin qərargah rəisi vəzifəsində çalışmışdır.
1938-ci ilin oktyabrından 1939-cu ilin aprelinədək Qırmızı Ordunun Baş Qərargah Hərbi Akademiyası nəzdində Yüksək Komandir Heyətinin Təkmilləşdirmə Kurslarında təhsilini davam etdirmiş və bu müddətdə polkovnik rütbəsinə layiq görülmüşdür.
Böyük Vətən müharibəsi 1940-cı ilin mayından 1941-ci ilin iyununadək Orta Asiya Hərbi Dairəsinin qərargahında məsul vəzifələrdə çalışmışdır. O, döyüş hazırlığı şöbəsinin rəisi, 1940-cı ilin oktyabrından isə dairə qoşunları komandanının təşkilati-səfərbərlik məsələləri üzrə müavini olmuşdur. Bu dövrdə Özbəkistan SSR Ali Sovetinin deputatı seçilmişdir. 22 iyun 1941-ci ildə Orta Asiya Hərbi Dairəsinin 4-cü süvari korpusunun 21-ci dağ-süvari diviziyasının komandiri təyin edilmişdir. Diviziya komandiri kimi imzaladığı ilk əmr 11 iyul 1941-ci il tarixli "Diviziyanın komandir heyətinin sınaqdan keçirilməsi haqqında" 061 nömrəli əmr olmuşdur. Bu vəzifəni 1 yanvar 1942-ci il tarixədək icra etmişdir. Məhz 21-ci dağ-süvari diviziyasının komandiri kimi 22 iyul 1941-ci ildən etibarən fəaliyyətdə olan ordu tərkibində döyüşlərə qatılmışdır. İlk döyüş xaçını 2 avqust 1941-ci ildə Smolensk vilayətinin Şumyatski rayonunun Ponyatovka stansiyası yaxınlığında almışdır. Həmin vaxt 21-ci dağ-süvari diviziyası hüquqi cəhətdən Qərb cəbhəsinin 28-ci ordusunun Qoşunların Əməliyyat Qrupunun tərkibinə daxil olsa da, 4 avqust 1941-ci ildən Mərkəzi cəbhənin 13-cü ordusunun, 16 avqust 1941-ci ildən isə Bryansk cəbhəsinin tərkibində olmuşdur.
10–12 avqust 1941-ci il tarixlərində 21-ci dağ-süvari diviziyasının əsas qüvvələri onun rəhbərliyi altında Belorusiya SSR-in Mogilyov vilayətinin Klimoviçi rayonunda düşmənin sıx mühasirə halqasında gərgin döyüşlər aparmış və darmadağın edilmişdir. İki həftə ərzində, aralarında SSRİ Xalq Daxili İşlər Komissarlığının 21-ci dağ-süvari diviziyası üzrə Xüsusi şöbəsinin rəisi, dövlət təhlükəsizliyi baş leytenantı A. S. Kibalnikovun da olduğu yeddi nəfərlik komandir və döyüşçü qrupunun tərkibində polkovnik Quliyev düşmən arxası ilə cəbhə xəttinə doğru irəliləmiş və 26 avqust gecəsi Bryansk cəbhəsinin 55-ci süvari diviziyasının müdafiə sahəsində özününkülərə qoşulmuşdur.Оперативная сводка штаба 13-й армии Брянского фронта (1-го формирования) № 107 от 1 сентября 1941 года
20 sentyabr 1941-ci ildə polkovnik Quliyev 21-ci, 52-ci və 55-ci süvari diviziyalarının qalıqlarının birləşdirildiyi Birləşmiş süvari qrupunun komandiri təyin edilmişdir.AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ. "Ədalət" qəzeti.-2012.-1 may.-S.7. Qrup general-mayor Arkadi Yermakovun komandanlığı altında Bryansk cəbhəsinin Əməliyyat Qrupunun tərkibində uğurla fəaliyyət göstərmişdir. 20 gün ərzində Yampol-Orlovka rayonunda Quliyevin süvariləri düşmənin hücumlarını dəf etmiş, gecə vaxtı kiçik qruplarla fəal hərəkət edərək düşməni məhv etmişlər. Orlovka yaxınlığındakı döyüşlərdə 12 tank sıradan çıxarılmış və 800-dək hitlerçi məhv edilmişdir. Almanların Qluxovdan Sevsk istiqamətində yarması zamanı qrup öz qoşunlarından təcrid olunsa də, komandirin bacarıqlı rəhbərliyi sayəsində döyüşərək düşmən cəbhəsini yarmış və bütün maddi hissəni saxlamaqla özününkülərə qoşulmuşdur. Alman işğalçılarına qarşı mübarizə cəbhəsində komandanlığın tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə, göstərdiyi igidlik və mərdliyə görə polkovnik Quliyev "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdir.Приказ № 2/н от 11 января 1942 года по войскам Брянского фронта
Cənub-Qərb cəbhəsinin sağ cinahının 6–16 dekabr 1941-ci il tarixli "Yelets" əməliyyatı gedişində polkovnik Quliyev 13-cü ordunun Şimal Əməliyyat Qoşun Qrupunun komandanının müavini olmuşdur.
1 yanvar 1942-ci ildə 21-ci dağ-süvari diviziyasının komandiri vəzifəsindən azad edilərək cəbhədən Moskvaya çağırılmışdır. Bu, Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsi rəhbərliyinin Quliyevin formalaşdırılma mərhələsində olan iki türkmən milli süvari birləşməsindən birinə rəhbərlik etməsi haqqında xahişi ilə bağlı olmuşdur. Moskvada "Qırmızı Bayraq" ordeninə layiq görülmüşdür. Eyni zamanda, Türkmənistan SSR-in Marı şəhərinə yollanaraq Orta Asiya Hərbi Dairəsinin Türkmənistanın yerli sakinlərindən formalaşdırılan 97-ci xüsusi süvari diviziyasına rəhbərlik etmək barədə sərəncam almışdır.
11 fevral 1942-ci ildə ona növbəti general-mayor hərbi rütbəsi verilmiş, 13 avqust tarixində isə 4-cü süvari korpusunun komandirinin sıra işləri üzrə müavini təyin edilmişdir. Bu korpusun tərkibində 11 oktyabr 1942-ci ildə Stalinqrad cəbhəsinə gəlmişdir. 4-cü süvari korpusu 51-ci ordunun tərkibində Stalinqrad döyüşündə iştirak etmişdir.
1942-ci ilin noyabrında Stalinqrad cəbhəsi komandanlığının əmri ilə hücum edən piyadaların əməliyyatlarını asanlaşdırmaq məqsədilə Yaqub Quliyev 61-ci süvari diviziyasının düşmənin 4-cü piyada və 8-ci süvari diviziyalarının arxasına reydinə rəhbərlik etmişdir. Nəticədə, 22–25 noyabr tarixlərində Kurqan-Solyanı – Umantsevo rayonunda Rumıniyanın 8-ci süvari diviziyası tamamilə darmadağın edilmiş, düşmənin 1-ci və 4-cü piyada diviziyalarına böyük tələfat vurulmuşdur. Yaqub Quliyev 222-ci süvari alayını şəxsən süvari hücumuna aparmışdır.
23 noyabr tarixində Kurqan-Solyanı uğrunda gedən döyüşdə vəziyyətin mürəkkəbliyini nəzərə alan general-mayor şəxsən hücum edən döyüşçülərin cərgəsində olmuş və kəndin tutulmasına rəhbərlik etmişdir. Düşmənin 18 topu, 15 pulemyotu məhv edilmiş, 800-dək əsgər və zabiti öldürülmüş, 250 nəfəri isə əsir götürülmüşdür. 25–26 noyabr tarixlərində diviziya düşmənin 50 tankdan və bir alayadək motopiyadadan ibarət tank qrupu ilə döyüşlər aparmışdır. Döyüşlər zamanı Yaqub Quliyev artilleriyaçıların mövqelərində olmuş və almanların tank hücumlarının dəf edilməsinə rəhbərlik etmişdir. Diviziya tanklara malik olmadan alman tank qrupunu saxlamış, onun şərqə tərəf yarma keçirməsinə imkan verməmiş və almanları 5 km qərbə geri oturtmuşdur. Düşmənin itkiləri 6 tank və 250 nəfərədək piyada təşkil etmişdir.