Qurban Əli Xalidi (tam adı: Qurban Əli Xalidi əl-Ayağuzi əl-Cavcaqi) — Şərqi Qazaxıstana və türklərin tarixinə həsr olunmuş bir çox kitabın müəllifidir.

Həyatı Qurban Əli 1846-cı ildə Ayagöz şəhərində anadan oldu. Ayagöz — nayman qazaxlarının topraqlarındandır. Qurban Əli Çala qazaxlarından idi. O özünü "noqay" adlandırırdı. Qurban Əli öz yazılarının birində öz şəcərəsindəki "Türkmən baba" adlı bir şəxsdən danışır. O, Əbülqazi Bahadur xan çağında Xivədən Sarda şəhərinə köçüb. Türkmən babanın o şəhərdə üç oğlu olub: Bay Murad qul Məhəmməd Qadir qul Bəyk qul Bəyk qul Ornaş Baş adlı kəndin yaxınlığında yaşayıb və onun "Usman" adlı oğlu olub. Qurban Əlinin atası Xalid, Usmanın nəvəsi idi. Qurban Əlinin anası Əfifə də Türkmən babanın oğlu Məhəmməd Qadir qulun uşaqlarından idi.

Mənbə

An Islamic Biographical Dictionary Of The Eastern Kazakh Steppe 1770–1912 : ALLEN J. FRANK AND MIRKASYIM A. USMANOV

İstinadlar

Kateqoriya:Qazax tarixçilər Kateqoriya:Rusiya imperiyasının tarixçiləri Kateqoriya:Rusiya imperiyası etnoqrafları Kateqoriya:XIX əsr tarixçiləri