Boşluq qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film görkəmli teatr və kino xadimi Adil İsgəndərova həsr olunub.
Məzmun Film SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, görkəmli teatr və kino xadimi, rejissor və aktyor, bacarıqlı təşkilatçı Adil İsgəndərovun həyat və yaradıcılığından söhbət açır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 275
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Xamis Muradov Ssenari müəllifi: Xamis Muradov, Fəraməz Səfiyev Operator: Tofiq Sultanov Bəstəkar: Rauf Əliyev (Rafiq Əliyev kimi)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348; 377.
Xarici keçidlər Filmi izlə Filmin musiqiləri (video) Filmin musiqiləri (audio)
Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər