"Təbib" nəşriyyatı
Haqqında "Təbib" nəşriyyatı 1991-ci ildə Respublikada tibb ədəbiyyatı nəşrinin təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir.
Nəşriyyatın ilk direktoru T. Səfərov olmuşdur.
1994-cü ildən X. A. Balaxanlı direktor təyin edilmişdir.
Nəşriyyat 1992-ci ildən etibarən tam təsərrüfat hesabı ilə fəaliyyət göstərir. Burada əsasən tibb universiteti tələbələri üçün dərsliklər, dərs vəsaitləri, metodik ədəbiyyat və tibbə dair monoqrafiyalar, elmi-praktik məcmuələr, elmi-kütləvi əsərlər çap edilir.
Nəşriyyatın nəzdində kompüter yığımı sexi və mətbəə şöbəsi fəaliyyət göstərir.
Əlaqə Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 100, tel.: 495–55-76.
İstinadlar http://amu.edu.az/yeni/index.php?option=com_content&view=article&id=65&Itemid=75
Həmçinin bax Azərbaycan Tibb Universiteti Əsgər Əsgərov — "Təbib" nəşriyyatının baş redaktoru (2009-dan)
Kateqoriya:Azərbaycan nəşriyyatları Kateqoriya:Azərbaycan Tibb Universiteti