Biri vardı, biri yoxdu... qısametrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1967-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə tənha qalmış iki nəfərin-qoca kişi ilə qarının niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur. Əsas rolları Sədayə Mustafayeva və Sadıq Həsənzadə ifa edirlər.
Məzmun Kinolentdə tənha qalmış iki nəfərin-qoca kişi (Sadıq Həsənzadə) ilə qarının (Sədayə Mustafayeva) niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 61
Film haqqında Film yazıçı Salam Qədirzadənin "Xəzan yarpaqları" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Rollarda Sədayə Mustafayeva — qarı Sadıq Həsənzadə — qoca Hacıməmməd Qafqazlı — molla Filmi səsləndirənlər: Yusif Vəliyev — qoca (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
İstinadlar
Xarici keçidlər Filmi izlə Filmin musiqiləri (video) Filmin musiqiləri (audio)
Kateqoriya:1967-ci ilin filmləri Kateqoriya:1967-ci ilin Azərbaycan filmləri Kateqoriya:Eldar Quliyevin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri